Erden Timur istefa verdi

Super Liqa təmsilçilərindən “Qalatasaray”ın vitse-prezidenti Erden Timur istefa verib.   Viral.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib.   “Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu…

Ətraflı

Millimiz bu gün Fransa ilə qarşılaşacaq

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün növbəti matçını keçirəcək.   Viral.az xəbər verir ki, millimiz qrup mərhələsinin üçüncü turunda Fransa ilə qarşılaşacaq.   Matçın start fiti saat 19:00-da səsləndiriləcək.   Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib. Hazırda…

Ətraflı

Bürünc medalı Parisdə qızıla çevirəcəyəm

Yarışa çox yaxşı hazırlaşmışdım. Əlimdən gələni etdim ki, lisenziya əldə edim. Arzuma çatdığım üçün xoşbəxtəm.   Viral.az xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.   92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki,…

Ətraflı

“Qarabağ” fransalı hücumçu ilə vidalaşdı

“Qarabağ” futbol klubu hücumçu Adama Diakabi ilə yollarını ayırıb. Klubdan Viral.az -a verilən məlumata görə, 28 yaşlı fransalı hücumçunun bu mövsüm başa çatan müqaviləsinin müddəti uzadılmayıb.   2023-cü ilin yanvarından Ağdam təmsilçisində çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, Premyer Liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib.   Fransalı…

Ətraflı

Millimiz İtaliyanı məğlub etdi 

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir. Viral.az xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib. İtaliya millisi ilə üz-üzə gələn yığma 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb. Qeyd…

Ətraflı

Almeyda “Qarabağ”da qalacaq 

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib.   Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam klubu ilə 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləni daha bir il müddətinə uzadıb.   Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, “Qarabağ”da 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu…

Ətraflı

Güləşçilərimiz reytinq turnirində çıxış edəcəklər

İyunun 6-9-u aralığında Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində Azərbaycanın 12 güləşçisi mübarizə aparacaq.   Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edəcəklər.   Baş məşqçi Xetaq Qazyumov və məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov…

Ətraflı

ÇL-nın ən yaxşı qolu müəyyənləşdi

Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünün ən yaxşı qolu bəlli olub.   Viral.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Federiko Valverdenin İngiltərənin “Mançester Siti” komandasına vurduğu qol ən yaxşı seçilib. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.   Turnirin 1/4 final mərhələsinin ilk matçına təsadüf edən həmin qarşılaşma bol…

Ətraflı

Abdullah Zubir “Qarabağ”dan gedə bilər

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov iyunun 30-da klubla müqaviləsi başa çatacaq Abdullah Zubirlə bağlı açıqlama verib.   Viral.az xəbər verir ki, o, Azərbaycan kubokunun finalında “Zirə” ilə keçirilən görüşdən (2:1) sonra “CBC Sport”a açıqlamasında fransalı yarımmüdafiəçinin yekun qərar vermədiyini bildirib:   “Zubirlə ümumi danışıqlarımız olub, amma hələ yekun heç bir qərar yoxdur. Biz çox istərdik ki,…

Ətraflı

Azərbaycan idmançılarının iyun ayı üçün reytinq CƏDVƏLİ

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.   Viral.az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 675 xalla birinci pillədə qərarlaşıb.   Bədii gimnast Zöhrə Ağamirov 495 xalla ikinci, Avropa və dünya çempionu olan cüdoçu Hidayət Heydərov 450 xalla üçüncüdür.   İdman gimnastı Nikita…

Ətraflı

Bu gün AFFA İcraiyyə Komitəsi TOPLAŞIR

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Viral.az xəbər verir ki, toplantı saat 10:00-da başlayacaq. İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi4. I və II Liqada mövcud vəziyyətin müzakirəsi5. “Qəbələ”…

Ətraflı

“Zirə” büdcəsi ilə bizə qalib gəldi

“Çox maraqlı mövsümü başa vurduq. Ölkə kubokunun finalı da möhtəşəm alındı”.   Viral.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.   Mütəxəssis qarşılarında istəkli komandanın olduğunu bildirib: “Zirə”ni bütün mövsüm ərzindəki performansına görə təbrik edirik. Futbolçularıma…

Ətraflı

Mourinyo rəsmən “Fənərbağça”da

Türkiyənin “Fənərbağça” klubu portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb.   Viral.az xəbər verir ki, İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən “Ülkər” stadionunda təşkil olunan imzalanma mərasimi azarkeşlərə açıq keçirilib.   61 yaşlı mütəxəssis tərəfdarlara səslənərək Türkiyə futbolu və liqasının inkişafına kömək etmək istədiyini bildirib: “Burada 30 minə yaxın azarkeş var. Bu, o deməkdir…

Ətraflı

“Qarabağ” kimi komandaya qarşı oynamaq çətin idi”

Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm. Birinci hissədə rəqib üstün idi. İkinci hissədə isə açıq futbol getdi. Düşünürəm ki, azarkeşlər ikinci yarıdan zövq aldılar. Viral.az xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. O, bu matçın komandanın böyüməsinə…

Ətraflı

Medvedev karyerasını başa vurdu

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçi Maksim Medvedev karyerasını başa vurub.   Viral.az xəbər verir ki, o, “Qarabağ” və “Zirə” arasındakı Azərbaycan Kubokunun finalında futbolla vidalaşıb.   “Qarabağ”ın prezidenti Tahir Gözəl bu münasibətlə Medvedevə üzərində 552 (futbolçunun keçirdiyi oyun sayı) yazılmış forma hədiyyə edib.   Medvedev 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib, 2009-cu ildən Azərbaycan…

Ətraflı

Azərbaycan Kubokunun finalı: “Qarabağ” – “Zirə” oyununun heyətləri AÇIQLANDI

Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər bəlli olub. Viral.az xəbər verir ki, komandalar meydana aşağıda qeyd olunan “11-lik”də çıxacaqlar. “Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15….

Ətraflı

Gimnastlarımızdan Monteneqroda 7 qızıl medal

Azərbaycan bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilən “Montenegro Cup”da yeddi qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.   Viral.az-ın məlumatına görə, böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) qızıl mükafata yaliq görülüb.   Gənclər arasında Şəms Müvəffəqi gümüş, Mədinə Abbaslı bürünc medal (hər ikisi çoxnövçülük) əldə edib.   Yeniyetmələrdən Məryəm Baloğlanova və Nur Sadıqova hər biri…

Ətraflı

Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən “Dubai Open 2024” beynəlxalq turnirinin qalibi məlum olub.   Viral.az xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün yekun partiyada heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Changrenlə xalı yarı bölüb.   Beləliklə 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı “Dubai Open…

Ətraflı

Daha bir boksçumuz Paris-2024-ə vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Viral.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionu Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda 2-ci Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib. O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və…

Ətraflı