Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə TUTULDU

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ətraflı

İki gün hava çox isti keçəcək – XƏBƏRDARLIQ

Avqustun 27-28-də bəzi bölgələrdə isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Viral.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalının artdığını bildirib. N.Mahmudov xidmət tərəfindən ölkə ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Yanğın…

Ətraflı

Bu gün Laçın Şəhəri GÜNÜDÜR

Bu gün Laçın Şəhəri Günüdür. Viral.az-ın xəbərinə görə, Azərbaycanda ikinci dəfədir, Laçın Şəhəri Günü qeyd olunur. Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi…

Ətraflı

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Viral.az xatırladır ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci…

Ətraflı

Azərbaycanda ZƏLZƏLƏ oldu

Şamaxıda 3.1 maqnitudalı zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanlar saat 07:29-da Qobustan stansiyasından 28 kilometr qərbdə qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Ətraflı

İlham Əliyev Zelenskini TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məkubu ünvanlayıb. Viral.az xəbər verir ki, məktubda deyilir:  “Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. Tarixən bir-birinə…

Ətraflı

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar müraciət edib. Viral.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidməti bu gündən başlayaraq iki gün ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı ilə bağlı xəbərdarlıq edib. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını…

Ətraflı

Daşkənddə Mehriban Əliyevanı kövrəldən ifa..

Xəbər verdiyimiz kimi, ötən gün Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub. Viral.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər. Konsert zamanı ifa edilən “Qarabağ şikəstəsi” Mehriban Əliyevanı kövrəldib. Həmin görüntüləri…

Ətraflı

Ölkədə internet niyə zəifdir? – “Aztelekom”dan AÇIQLAMA

Kütləvi informasiya vasitələrində dərc edilmiş abunəçilərin xidmətdən imtina etmək barədə hüquqlarının “Aztelekom” MMC tərəfindən pozulması ilə bağlı məlumata əsasən bildiririk ki, abunəçilərlə münasibətlər müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqaviləyə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. Viral.az xəbər verir ki, bu barədə “Aztelekom” MMC-nin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, müqavilə şərtləri və mövcud qanunvericiliyin…

Ətraflı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri AÇIQLANDI

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Viral.az xəbər verir ki, Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən…

Ətraflı

İstilər bu tarixədək davam EDƏCƏK

Azərbaycanda sabit, isti hava şəraiti müşahidə olunur. Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O bildirib ki, sabah havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-da və Aran rayonlarında 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir. Xidmət rəisi qeyd edib ki, isti hava…

Ətraflı

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989–2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı…

Ətraflı

“Qarabağ” səfərdə uduzdu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Dinamo”nun (Zaqreb, Xorvatiya) qonağı olub. Viral.az xəbər verir ki, “Maksimir” stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə…

Ətraflı

Bu yol Formula 1 bitənədək bağlı OLACAQ

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir. Bu barədə Viral.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək….

Ətraflı

“Qarabağ” bu gün səfərdə “Dinamo” ilə QARŞILAŞACAQ

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Viral.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin ilk oyununda Xorvatiyada “Dinamo” (Zaqreb) klubunun qonağı olacaq. “Maksimir” stadionunda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk…

Ətraflı

Putinin Bakıya səfəri başa çatdı 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatıb.   Viral.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.   Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və…

Ətraflı

Ermənistandan növbəti TƏXRİBAT

Avqustun 19-da saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Viral.az-a Müdafiə Nazilriyindən məlumat verilib. “Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb”, – deyə məlumatda…

Ətraflı

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən Viral.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ətraflı

Ermənistan yenidən Naxçıvana atəş açdı

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.   Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.   Avqustun 18-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.   Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ətraflı

Putin Bakıya GƏLDİ

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri başlayıb. Viral.az xəbər verir ki, Putinin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enib. Qeyd edək ki, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq. Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər…

Ətraflı