Azərbaycanda ət yenə BAHALAŞDI

Ətin qiymətində artım müşahidə olunur. Viral.az-ın məlumatına görə, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, cari ilin iyun ayında əvvəlki aya nisbətən ətin qiyməti bahalaşıb. Alıcılar da ətin qiymətinin artdığını deyirlər. Satıcılar isə qiymət artımının səbəbini keçən qurban bayramı və fəsillə əlaqələndirirlər. Ekspertlər hesab edirlər ki, ətin qiymətinin artmasının əsas səbəblərindən biri də…

Ətraflı

150 müşahidəçi qeydə alınıb

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar indiyə qədər qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.   Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov bildirib.   Qeyd edilib ki, seçkiləri izləmək üçün indiyə qədər 150 yerli müşahidəçi qeydə alınıb.

Ətraflı

İran da Zəngəzur dəhlizinin açılmasına tərəfdardır

“İranın mövqeyi ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, tərəfdarıyıq”. Viral.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Azatutyun”a müsahibəsində Zəngəzur dəhlizi barədə suala cavab verərəkən bildirib. “Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, hər zaman düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması…

Ətraflı

Paşinyan əyləncəsindən qalmır – Həyat yoldaşı ilə finala stadionda baxıb

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Almaniyada keçirilən Avro-2024-ün finalında İspaniya və İngiltərə arasında keçirilən oyuna baxıb. Viral.az xəbər verir ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkədəki hesabında stadiondan video paylaşıb. Xatırladaq ki, ötən keçə keçirlən final oyununda İngiltərəyə 2:1 hesabı ilə qalib gələn İspaniya millisi Avropa çempionu olub.    

Ətraflı

Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin doğum günüdür.   Viral.az-ın məlumatına görə, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Onun doğumundan 24 gün sonra atası vəfat edib.   Xudayar 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay…

Ətraflı

3 Nazirlik əhaliyə birgə müraciət etdi

Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır.   Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciətində bildirilir.   “Aidiyyəti qurumların apardığı genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüf ki, meşə və kənd təsərrüfatı…

Ətraflı

Karbon qazından süni kərə yağı HAZIRLANDI

Tanınmış iş adamı Bil Qeytsin rəhbərlik etdiyi şirkətin mütəxəssisləri karbon qazından süni kərə yağı sintez etməyi bacarıblar.   Viral.az xəbər verir ki, amerikalı mütəxəssislər karbon qazı, oksigen və hidrogenin sintezi yolu ilə süni yağ turşuları hazırlamağa nail olublar. Bundan sonra əldə edilən məhsula qliserol, su və beta-karoten əlavə edilib. Laboratoriyada sınaq zamanı süni yağın kərə…

Ətraflı

Sabah bu rayonun 4 kəndində qaz KƏSİLƏCƏK

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq. Viral.az xəbər verir ki, Masallı rayonu Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq xətlərin dayaq üzərinə qaldırılması ilə əlaqədar “Masallı” QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. Qaz təchizatı avadanlıqlarını…

Ətraflı

Trampa sui-qəsd cəhdi – SİYASƏTDƏN BİZNESƏ

Çinin “ticarət platforması Pensilvaniyada sui-qəsddən dərhal sonra ABŞ-nin keçmiş prezidenti (2017-2021) Donald Trampın təsvirləri olan paltarların satışına başlayıb.   Viral.az “South China Morning Post”a istinadən xəbər verir ki, 3 saat ərzində Çin və ABŞ-dən 2 mindən çox sifariş alınıb.   Köynəyin endirimsiz qiyməti 43 yuan (5,93 dollar), endirimlə isə 39 yuan (5,38 dollar) təşkil edir.   Arizona…

Ətraflı

DİN və DSX-dan birgə ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.   DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən…

Ətraflı

Çimərliklərdə gözlənilən HAVA

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a bildirilib ki, iyulun 15-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.   Dəniz suyunun temperaturu:   Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Ətraflı

Sabah hava necə olacaq? – PROQNOZ

İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti…

Ətraflı

Sui-qəsdə məruz qalmış ABŞ prezidentləri

Dünya tarixinə nəzər yetirən zaman məlum olur ki, prezidentləri ən çox sui-qəsd qurbanı olan ölkə Amerika Birləşmiş Ştatlarıdır.   Bu gün ölkənin prezidentliyə namizəd siyasətçi Donald Tramp son anda sui-qəsd planından yaralı halda qurtuldu.   Viral.az ABŞ tarixində Amerika prezidentlərinə qarşı baş verən sui-qəsd hücumlarının xronologiyasını təqdim edir.   Amerikada ilk dəfə sui-qəsdin hədəfi prezident Endryu Cekson…

Ətraflı

Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir

14 iyul – ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.   Viral.az xəbər verir ki, ötən əsrin 90-cı illərində dövlətimiz olduqca mürəkkəb və çətin dövrdən keçərək müstəqilliyini bərpa etməsinə baxmayaraq, ölkədə baş verən hərc-mərcliyə məhz ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində son qoyulub, nəticədə ictimai-siyasi…

Ətraflı

DİM sertifikasiya imtahanı keçirəcək

İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirir.   DİM-dən Viral.az-a bildirilib ki, imtahan vermək üçün 2512 (KOSS -543, MHBS-1010, İSMUBS-959) nəfər müraciət edib.   İmtahan bütün binalarda saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.   Üç saat davam edəcək imtahanda iştirakçılara 40…

Ətraflı

Tural Abbaslı ailəliklə namizəd oldu

Ağ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı, Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı parlament seçkilərinə qatılacaqlar. Viral.az Unikal.az-a istinadən xəbər verir ki, Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsində namizədliklərini irəli sürüblər. Tural Abbaslının qayınatası, Nərmin Abbaslının atası İkram İsrafil də deputat olmaq istəyir….

Ətraflı

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Bəzi işbazlar uzun müddət istifadə edilən avtomobili rahat satmaq üçün onun yürüşünü geri çəkirlər. Belə hallara ən çox da ABŞ və Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir. Viral.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib onun kilometrajını azaltmaqla satışa çıxarırlar. Ustalar bildiriblər…

Ətraflı

29 yaşlı kişi itkin düşdü

Lənkəranda 29 yaşlı kişi itkin düşüb.   Viral.az xəbər verir ki, 1995 – ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə dünən səhər saat 06:00 – da işə gedib. Gündüz saat 11 radələrində işlədiyi yerdən, uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb. O saatdan bu vaxta kimi T.Quluzadədən heç bir xəbər yoxdur….

Ətraflı

Türkiyədə yaşayan həmvətənlərimizin nəzərinə!

Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan, Azərbaycan vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməkdədir.   Viral.az xəbər verir ki, bu tədbirlər çərçivəsində iyulun 13-dən ölkəmizin İstanbuldakı baş konsulluğunun…

Ətraflı

AXCP seçkidə iştirak etməyəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.   Viral.az xəbər verir ki, bu barədə qərarı partiyanın Ali Məclisi verib.   Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Qeydiyyatda olan siyasi partiyalar seçkidə iştirak barədə qərar qəbul ediblər.

Ətraflı