29 yaşlı kişi itkin düşdü

Lənkəranda 29 yaşlı kişi itkin düşüb.

 

Viral.az xəbər verir ki, 1995 – ci il təvəllüdlü Toğrul Eldəniz oğlu Quluzadə dünən səhər saat 06:00 – da işə gedib. Gündüz saat 11 radələrində işlədiyi yerdən, uşaqların xəstə olmaları və evə getmək məcburiyyətində olduğu üçün icazə alıb. O saatdan bu vaxta kimi T.Quluzadədən heç bir xəbər yoxdur.

Son Yazılar:

 

Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

 

Toğrul Quluzadəni görən, ondan məlumatı olanlardan polisə və ya +994504048464 nömrəsinə məlumat vermələri xahiş olunur.