Dünya tarixinə nəzər yetirən zaman məlum olur ki, prezidentləri ən çox sui-qəsd qurbanı olan ölkə Amerika Birləşmiş Ştatlarıdır.
Bu gün ölkənin prezidentliyə namizəd siyasətçi Donald Tramp son anda sui-qəsd planından yaralı halda qurtuldu.
Son Yazılar:
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
- Artıq onlayn nikah bağlaya biləcəksiniz
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
Viral.az ABŞ tarixində Amerika prezidentlərinə qarşı baş verən sui-qəsd hücumlarının xronologiyasını təqdim edir.
Amerikada ilk dəfə sui-qəsdin hədəfi prezident Endryu Cekson olub. Hadisə 1835-ci il yanvarın 30-da Kapitoli binasının yaxınlığında baş verib. Naməlum şəxs atəş açmaq üçün prezidentə yaxınlaşan zaman hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal yaxalanıb. O, ifadəsi zamanı prezidenti məhz işsiz qaldığı üçün öldürmək istədiyini bildirib.
1865-ci aprelin 12-də ildə prezident Avraam Linkoln teatrda “Bizim Amerikalı əmioğlumuz” tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib.
Həmin gecə onunla birlikdə köməkçisi və xarici işlər naziri də sui-qəsdə uğrayıb, ancaq möcüzə nəticəsində xilas olublar. Linkolna olan sui-qəsdin sirri ancaq 1961-ci ildə açılıb.
Ceyms Abram Qarfild 1881-ci il seçkilərində Respublikaçılar Partiyasının namizədi olaraq çox az səs fərqi ilə ABŞ-nin 20-ci prezidenti seçilmişdi. Vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən güllələnib. Güllə yarasının qan zəhərlənməsinə səbəb olması nəticəsində Qarfild həyatını itirib.
ABŞ-nin 35-ci prezidenti Con Kennediyə 22 noyabr 1963-cü ildə sui-qəsd təşkil edilib. Dallas şəhərinə səfər edən zamanı günorta saat 12:30-da snayper tüfəngindən iki dəfə atəş açılır. Birinci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir. Həkimlər 25 dəqiqə ərzində xəstəxanaya çatdırılan Kennedinin həyatını xilas etməyə çalışıblar. Lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edilir. Bütün hadisəni Abraham Zapruder adlı Dallas sakini kameraya çəkmişdi. Sui-qəsdlə bağlı Amerika ordusunun keçmiş kəşfiyyatçısı Li Harvey Osvald həbs olundu və Dallas polis idarəsinin qarşısında Cek Rubi tərəfindən öldürüldü.
13 Aprel 1993-cü ildə Küveytdə çıxış edən Amerika prezidenti Corc Buş (ata Buş) Səddam Hüseynin adamı olduqlarını iddia edən bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olub. Küveyt polisi təcavüzə son anda mane ola bilir.
1933-ci ilin fevral ayının 15-də vəzifəyə başlamasına 1 ay qalmış Cüzeppe Zanqara adlı anarxist Florida ştatında prezident Franklin Ruzveltin çıxışı zamanı ona qarşı sui-qəsd etmək istəyib. Zanqaranın boyu çox qısa olduğundan açdığı atəş hədəfə dəyməyib. Amma atəş nəticəsində Çikaqonun meri Entoni Çermak ölümcül yaralanıb.
Oğul Corc Buş Amerika prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub. İlk hadisə 2001-ci fevralın 7-də Ağ Evin qarşısında baş verib. Robert Piket adlı ruhi xəstə Ağ Evə yaxınlaşaraq atəş açmış, lakin məqsədinə nail ola bilməmişdi.
Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 may 2005-ci ildə olub. Buş Gürcüstan səfəri zamanı Tiflisdə kütləyə xitab edərkən əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməni əsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından tutulub.
2008-ci il avqustun 24-də isə Demokratlar Partiyasının Denverdəki Konqresin işə başlamasına 1 gün qalmış 3 ağdərili irqçi həbs olundu. Onlar Demokratların sonradan prezident seçilən namizədi Barak Obamaya qarşı sui-qəsd planlaşdırdıqları üçün saxlanılmışdılar.
2009-cu il iyunu 10-da isə 88 yaşlı Ceyms Von Bruni adlı cinayətkar Vaşinqtondakı Soyqırım Anma Muzeyində təhlükəsizlik işçisini silahla öldürmüşdü. Tutulduqdan sonra ifadəsində Obamanı ABŞ-ın problemlərində ittiham edən Bruni məhkəmə prosesi tamamlanmadan həbsxanada ölüb.
ABŞ-də son sui-qəsd hadisəsi bu gün prezidentliyə namizəd Donald Trampa qarşı edilib. Sabiq prezidentə atəş açan şəxs 20 yaşlı Tomas Metyu Kruksdur.