Trampa sui-qəsd cəhdi – SİYASƏTDƏN BİZNESƏ

Çinin “ticarət platforması Pensilvaniyada sui-qəsddən dərhal sonra ABŞ-nin keçmiş prezidenti (2017-2021) Donald Trampın təsvirləri olan paltarların satışına başlayıb.

 

Viral.az “South China Morning Post”a istinadən xəbər verir ki, 3 saat ərzində Çin və ABŞ-dən 2 mindən çox sifariş alınıb.

 

Köynəyin endirimsiz qiyməti 43 yuan (5,93 dollar), endirimlə isə 39 yuan (5,38 dollar) təşkil edir.

 

Arizona ştatındakı “Fox” şəbəkəsi də ABŞ vətəndaşlarının Trampın sui-qəsd cəhdindən qazanc əldə etməyə çalışdığını bildirib.

 

WDBJ7 telekanalının məlumatına görə, Virciniya ştatında onlarla vətəndaş artıq Trampın siyasi fəaliyyəti ilə bağlı müxtəlif əşyaların satışı ilə tanınan yerli “The Trump Town” mağazasına üz tutub.