Bakıda binada yanğın – Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.

 

Viral.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 84 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mənzilin dəhlizi 8 m² sahədə qarsalanıb və 3-cü mərtəbədə yerləşən mənzilin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.