“Aygünün olduğu səhnədə özümü “best” hesab edirəm”

Pop Diva Aygün Kazımovanın yeni “S.O.S” mahnısı ilə müğənni Hissin “Best” adlı mahnısı sözlərinə görə müzakirələrə səbəb olub. Hissin mahnısındakı “Özüməm best” ifadəsinə qarşılıq olaraq, Kazımovanın “Mən olan yer zirvədir, sənə bura hələ tez” oxuduğu deyilirdi.

Viral.az xəbər verir ki, Hiss qatıldığı “Zarafat bir yana” verilişində bu mövzu barədə danışıb.

O, Xalq artistinin hit olan “S.O.S” mahnısı ilə bağlı suala belə reaksiya verib:

Son Yazılar:

“Aygün Kazımovanın Hiss sevgisini hər kəs bilir və dəfələrlə bunu efirdə deyib. Eləcə də mənim ona olan sevgimi. İntriqadan bəslənən insanların çıxardığı xəbərdir. Təbii ki, ikimizdə məşhuruq, bu normaldır. Hər ikimizin ifası eyni vaxtda çıxıb. İki müğənni tərəfdən cavab yoxdursa, deməli təsadüfdür. İnanıram ki, o söz mənim ünvanıma deyilməyib”.

O, Aygün Kazımovanı şou-biznesin “ata”sı adlandırıb:

“Mən Aygün Kazımovanı çox sevirəm, o, mənə “qızım” deyir. Aygün Kazımova şou-biznesin atasıdır. Müqayisə yoxdu, hər kəsin öz yolu var. Aygün Kazımovanın öz janrı var. Adamın mənim yaşım qədər təcrübəsi və sənəti var”.

İfaçı “Best” adlı mahnısından və klipin haqqında çıxan söz-söhbətlərdən danışıb.

“Bu bütün “best”lərin adından oxunan bir mahnıdır. O klipdə 2000-lərdə izlədiyimiz, görüb böyüdüyümüz “best”lər – Faiq Ağayev, Tünzalə Ağayeva, Röya Ayxan, Aygün Kazımova nəzərdə tutulub və onların adından oxunan mahnıdır”.

“Aygün Kazımova kimi bir sənətkarın olduğu səhnədə siz özünüzü best hesab edirsinizmi?” sualına Hiss “Əlbətdəki Aygünün olduğu səhnədə özümü “best” hesab edirəm” – deyə cavab verib.