Paşinyan əyləncəsindən qalmır – Həyat yoldaşı ilə finala stadionda baxıb

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Almaniyada keçirilən Avro-2024-ün finalında İspaniya və İngiltərə arasında keçirilən oyuna baxıb.

Viral.az xəbər verir ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkədəki hesabında stadiondan video paylaşıb.

Xatırladaq ki, ötən keçə keçirlən final oyununda İngiltərəyə 2:1 hesabı ilə qalib gələn İspaniya millisi Avropa çempionu olub.