Bu ərazilərin işığı KƏSİLƏCƏK
Bu gündən başlayaraq iyulun 15-nə qədər Lənkəran rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində növbəli şəkildə məhdudiyyət yaranacaq. Bu barədə Viral.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Lənkəran rayon elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə elektrik hava xətləri ağac budanması ilə əlaqədar sifarişə əsasən açılacaq. Odur ki, rayonun Şirin Quyu, Ürgə, Səpnəkəran, Şıxakəran, Separadi,…