Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 56%-i tamamlanıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini sürətlə davam etdirir. ADY-dən Viral.az-ə verilən məlumata görə, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb. Məlumata görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir.