İyunun 20-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunun açılış mərasimi keçirilir.
Viral.az xəbər verir ki, Bakı və Şamaxı şəhərlərində beş gün davam edəcək Forumda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının 18 Milli Bölməsinin nümayəndələri, həmçinin yüksək vəzifəli qonaqlar və ekspertlər iştirak edirlər.
Son Yazılar:
- “Rusiyada səfərbərliyə ehtiyac yoxdur” – Peskov
- Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
Forum Qoşulmama Hərəkatına üzv dövlətlərin gəncləri arasında iqlim dəyişikliyi ilə bağlı fikir mübadiləsi və qlobal iqlim təşəbbüsləri ilə bağlı məlumatlılığın artırılması məqsədi daşıyır. Tədbir zamanı Milli Bölmələrin razılaşdırdıqları yekun sənəd də qəbul olunacaq.