Ötən gün Ağstafadan Bakıya saat 17.30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.
Azərbaycan Dəmir Yollarından (ADY) Viral.az-a bildirilib ki, bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.
Son Yazılar:
- Dövlət başçısı onları təltif etdi
- Prezident onları yüksək vəzifəyə təyin etdi
- Millət vəkili vəfat etdi – FOTO
Eyni zamanda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.
ADY yaranmış problemə görə sərnişinlərdən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir.