Ötən gün həlak olan hərbçimiz dəfn edildi

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.   Viral.az xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin və hərbçimizin xidmət etdiyi N saylı hərbi hissənin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri,…

Ətraflı

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın iclası keçirilib

İyunun 6-da Minskdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.   Nazirlər Kabinetinin mətbuat xidmətindən Viral.az-a bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə keçirilən iclasda iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də…

Ətraflı

Avropa Mərkəzi Bankı 2016-cı ildən bəri ilk dəfə faiz dərəcəsini aşağı saldı

Avropa Mərkəzi Bankı (ECB) iyun iclasında 2016-cı ildən bəri ilk dəfə olaraq baza faiz dərəcəsini illik 4,5 %-dən 4,25 %-ə endirib.   Viral.az xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında deyilir.   Qərar “DailyFX” portalının sorğusunda iştirak edən analitiklərin proqnozu ilə üst-üstə düşüb. ECB sonuncu dəfə 2016-cı ilin martında uçot dərəcəsini endirib.   “İdarəetmə Şurası ECB-nin 3 əsas faiz dərəcəsini 25 baza bəndi…

Ətraflı

Prezident və nazir Ermənistan-Azərbaycan danışıqlarını müzakirə edib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan iyunun 6-da xarici işlər naziri Ararat Mirzoyan ilə xarici siyasət problemlərini müzakirə edib və onların həlli istiqamətində iş aparıb. Viral.az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Mirzoyan Xaçaturyana beynəlxalq proseslər və ölkəyə təsir edən hadisələr barədə danışıb. Dövlət başçısı səmərəli fəaliyyətinə görə Xarici İşlər Nazirliyinin rəhbərinə təşəkkür edib….

Ətraflı

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.   Viral.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.   Məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həftəsonu günlərinə təyin edilir. Əlavə təyin edilən qatarlar iyunun 8-də saat 09:15-də Bakıdan- Ağstafaya, iyunun 9-da saat 15:00-da isə…

Ətraflı

ADNSU-nun “Brend Tələbə”ləri mükafatlandırıldı – FOTO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.   Bu gün AzEdu.az və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.   Viral.az xəbər verir ki, tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri…

Ətraflı

Əli Əsədov “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb

İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Almaniyanın “Knauf” Şirkətlər Qrupunun nümayəndə heyəti ilə görüşüb.   Nazirlər Kabinetindən Viral.az-a verilən xəbərə görə, görüşdə “Knauf” şirkətinin Azərbaycanda uzunmüddətli uğurlu fəaliyyəti barədə məlumat verilib.   Həmçinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Ətraflı

Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək

Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar.   Viral.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.   Yeddi mindən çox keçmiş köçkünün artıq öz dədə-baba torpaqlarında yaşadığını, bu ilin sonuna qədər bu rəqəmin…

Ətraflı

Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var

Düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq.   Viral.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib.   Bu gün nəqliyyat əlaqələrinin qurulmasının və genişləndirilməsinin Türk dünyasının birləşməsi ilə sıx bağlı proses olduğunu deyən…

Ətraflı

“Türk dünyası zəncir kimi bağlanmalıdır”

“Türk dünyası zəncir kimi bağlanmalıdır. Bizi bir-birimizə qarşı düşmənə çevirmək istəyənlər olacaq, lakin biz onlara qarşı mübarizə aparacağıq. Yolumuza davam etməliyik”.   Viral.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclasında deyib.   O, türk dünyası arasında düşmənçilik salmaq istəyənlərə qarşı birləşməyin vacibliyini vurğulayıb:  …

Ətraflı

Əlahiddə Ümumqoşun Orduda təlim-metodiki toplantı keçirilib

Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.   Müdafiə Nazirliyindən Viral.az-a verilən xəbərə görə, təlim-metodiki toplantıda ilk olaraq zabitlərə sıra baxışı keçirilib və məşğələlərə hazırlıqları yoxlanılıb.   Toplantıda əsas diqqət taktiki, atəş, fiziki, sürücülük, artilleriya, mühəndis və sıra hazırlığından praktiki nümayiş məşğələlərinin planlaşdırılaraq keçirilməsinə yönəldilib.   Zabitlərin nəzəri biliklərinin, praktiki vərdişlərinin…

Ətraflı

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun 2-ci Mayak kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib. ⠀⠀ ⠀⠀⠀Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib. İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun…

Ətraflı

Türk dünyası böyük bir ailədir

“Mən bir daha qeyd etmək istəyirəm ki, TÜRKPA-nın bugünkü toplantısı böyük əhəmiyyət daşıyır. Əminəm ki, müzakirə ediləcək məsələlər bizim birliyimizi daha da gücləndirəcək”.   Viral.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən deyib.   “Eyni zamanda, hər dəfə qardaş ölkələrdən yüksəkvəzifəli şəxslər ölkəmizə gələndə, bu, bizi…

Ətraflı

Ağalar Vəliyev bu rayonların Ağsaqqallar Şuralarının hesabat konfranslarında iştirak edib – FOTOLAR

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Ucar, Yevlax, Bərdə və Tərtər rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfranslarında iştirak edib. Viral.az xəbər verir ki, konfranslardan öncə millət vəkili, rayonların rəhbərləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidələrini ziyarət ediblər və abidələrin önünə tər gül dəstələri qoyublar. Hesabat konfranslarında çıxış edən Milli Məclisin…

Ətraflı

Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük

Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.   Viral.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib.   Şuşaya yeni çəkilən avtomagistralda 7 tunelin, 9 viadukun, bir çox körpülərin inşa edildiyini və podratçıların…

Ətraflı

Fransa Ukraynaya qoşun göndərməyəcək – Baş nazir

Fransanın baş naziri Qabriel Attal deyib ki, rəsmi Paris Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün qoşun göndərmək niyyətində deyil. Viral.az xəbər verir ki, bunu baş nazir “France 2” telekanalına müsahibəsində deyib.  “Bu cür planlar yoxdur. Bilirsiniz, biz bu məsələni çox müzakirə etdik”, – o qeyd edib. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya təlimatçı göndərməyə…

Ətraflı

Baş prokurorluqda yeni TƏYİNATLAR

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunub.   Qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkilib.  …

Ətraflı

Prezident Xəzərlə bağlı qanunu TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunu təsdiqləyib.   Viral.az xəbər verir ki, Qanun ölkə Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri…

Ətraflı

Naxçıvanda geotermal sahədə kifayət qədər potensial var

Naxçıvanda geotermal sahədə kifayət qədər potensial var.   Viral.az xəbər verir ki, bu sözləri “Baker Hughes” şirkətinin Xəzər və Ukrayna üzrə direktoru Karlo Beltrame Bakı Enerji Forumunun ikinci günündə “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.   O diqqətə çatdırıb ki, “Baker Hughes” enerji-texnologiya şirkətidir və Azərbaycanda 30 ildir ki,…

Ətraflı

İranda prezidentliyə namizədlərin siyahısının açıqlanacağı tarix dəyişdi

İranda prezidentliyə namizədlərin yekun siyasısı gələn həftə – iyunun 12-də açıqlanacaq. Viral.az xəbər verir ki, bu barədə İran Konstitusiyasını Müdafiə Şurasının sözçüsü Hadi Tahan Nazif bildirib. İranın daxili işlər naziri Əhməd Vahidi prezident seçkilərində namizəd kimi iştirak  üçün 80 nəfərin müraciət etdiyini deyib. Vahidi seçkilərin təbliğat kampaniyasının iyunun 12-dən 27-si səhərə qədər aparılacağını bildirib.

Ətraflı