AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən keçirilən “WSIS-2024” müsabiqəsində qalib olub.   Viral.az xəbər verir ki, müsabiqəyə “Hökumət buludu” layihəsi ilə qatılan “AzInTelecom” “İnformasiya və kommunikasiya infrastrukturu” nominasiyasında çempion olub.   İsveçrənin Cenevrə şəhərində keçirilən mükafatlandırma mərasimində “AzInTelecom”un departament direktoru Renat Rüstəmov şirkət adından mükafatı qəbul edib.  …

Ətraflı

Məhkəmə Serj Sarkisyana bəraət verib

Məhkəmə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bəraət verib.   Viral.az xəbər verir ki, o, “dizel işi” üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunurdu.   İttiham aktına görə, Serj Sarkisyan, Barseq Beqlaryan, Samvel Qalstyan, Qevork Arutyunyan və Serqo Karapetyan cinayət əlaqəsinə girərək, 2013-cü ilin yanvar-fevral aylarında hökumətin ehtiyat fondundan ayrılan təqribən 1 milyon…

Ətraflı

8 Noyabr prospekti sürücülərin istifadəsinə verildi

Bakının 8 noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.   Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.   Məlumata görə, sözügedən hissə üzrə prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb,…

Ətraflı

İyun ayının hava proqnozu – Temperatur 39 dərəcəyədək yüksələcək

Milli Hidrometeorologiya Xidməti Azərbaycanda iyun ayının hava proqnozunu açıqlayıb.   Bu barədə Viral.az-a qurumdan məlumat verilib.   Bildirilib ki, iyun ayında yay fəslinin ilk ayı üçün xarakterik olan hava şəraiti və temperatur rejimi səciyyəvidir. Lakin bəzi günlərdə əsasən şimal və qərb ərazlərindən daxil olan siklonların təsiri nəticəsində hava şəraiti qeyri-sabit keçir. Bu təsir temperatur şəraitində…

Ətraflı

Beyin xərçənginin müalicə istiqamətində yeni araşdırmalarımız var

“Beyin xərçənginin müalicə edilməsi istiqamətində yeni araşdırmalarımız var”.   Viral.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər deyib.   O qeyd edib ki, yeni tədqiqat 2-3 il sonra insanlar üzərində tətbiq ediləcək: “Bu istiqamətdə əldə olunan müəyyən nailiyyətlər var. İnanıram ki, araşdırmalarımız uğurlu nəticələnər və beyin xərçənginin müalicəsi…

Ətraflı

İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı keçiriləcək

İçərişəhərdə 1-2 iyun 2024-cü il tarixlərində “Uşaqlarlar üçün İrs” – 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mədəniyyət və yaradıcılıq festivalı təşkil olunacaq.     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorundan Viral.az-a bildirilib ki, iki gün davam edəcək festivalda İçərişəhər ərazisində uşaqlara tarixi-mədəni irs, incəsənət, sənətkarlığı tanıtmaq, yaradıcılıq fəaliyyətini…

Ətraflı

“İmişli” baş məşqçisi Əsgər Abdullayevlə yollarını ayırdı 

Azərbaycan I Liqasında çıxış edən “İmişli” klubu baş məşqçisi Əsgər Abdullayevlə yolları ayırıb. Viral.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi məşqçilər heyəti ilə iclas keçirib və onların hesabatları dinlənilib. Daha sonra Rəhbərlik “İmişli” klubunun son mövsümdəki nəticəsini qənaətbəxş hesab edərək məşqçilərə təşəkkürünü çatdırıb. Ə.Abdullayevlə yanaşı onun köməkçiləri də klubdan göndərilib.

Ətraflı

Müstəqillik Günü Madriddə təntənəli qeyd edilib

Mayın 28-i Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkənin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.   Viral.az xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş Direktoratlığının rəisi Karlos Moreno Blanko, habelə digər dövlət qurumlarının struktur-vahidlərinin rəhbərləri, İspaniyanın İqlim…

Ətraflı

Afrikada quraqlıq səbəbindən fillər ölür

Dünyada fil populyasiyasının ən çox olduğu Afrikanın cənub ölkələrində qida və su mənbələrini tükəndirən quraqlıq səbəbindən yaxın aylarda bu heyvanların ölümünün artacağından ehtiyat edilir.   Viral.az xəbər verir ki, 2023-2024-cü illərin yağış mövsümündə Sakit Okeanın şərqində suların istiləşməsi ilə səciyyələnən hava fenomeni El Nino ilə bağlı regionda uzunmüddətli isti və quraqlıq dövrü yaşanıb və bu,…

Ətraflı

Vilayət Eyvazov Yardımlıda sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Yardımlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib.   Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarından qəbula gələn 264 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin…

Ətraflı

UNEC-in ixtisaslarının beynəlxalq akkreditasiyası üçün bütün imkanlar mövcuddur

FIBAA (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiya qurumunun beynəlxalq ekspertləri UNEC-in rektoru professor Ədalət Muradovla görüşüblər.   Viral.az xəbər verir ki, görüşdə prof. Ədalət Muradov “UNEC-100” İnkişaf strategiyasında 2030-cu ilədək UNEC-də bütün təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinin hədəfləndiyini bildirib. Rektor beynəlxalq akkreditasiyanın UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbə və məzunların beynəlxalq əmək bazarında rəqabətə…

Ətraflı

Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cəbrayıl şəhərində içməli və tullantı su infrastrukturları yaradır.   Viral.az bu barədə agentliyə istinadən xəbər verir.   Məlumata görə, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərini dayanıqlı və…

Ətraflı

Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

İdmançı Kamil Zeynallıya və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.   Viral.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda son sözlə çıxış edən təqsirləndirilən E. Ağayev məhkəmədən ona bəraət verilməsini xaiş edib.   Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən…

Ətraflı

Əhaliyə hava XƏBƏRDARLIĞI – Güclü külək əsəcək, leysan olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında iyunun 1-i şimal və qərb rayonlarından başlayaraq 2-si axşamadək bəzi yerlərdə…

Ətraflı

Tərtər çay üzərində tikilən su elektrik stansiyaların icra vəıziyyəti 

Tərtər çay üzərində yeni su elektrik stansiyalarının (SES) tikinti işlərinin 30 %-i icra olunub.   Viral.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bu gün keçirilən Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi “Gənc Aqrosahibkarlar” layihəsinin açılış Konfransında deyib.   Onun sözlərinə görə, bu…

Ətraflı

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır. Viral.az xəbər verir ki, bu barədə Dünya Bankının icra etdiyi Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin monitorinq və hesabatlılıq şöbəsinin müdiri İlham Salmanov deyib. O bildirib ki, strategiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırlayır, rəy və təkliflərin əldə olunması…

Ətraflı

Sosial şəbəkələrdə oyuncaq tapança satanlar həbs edildi

Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq edən şəxs saxlanılıb.   Viral.az DİN-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov saxlanılıb.   O, “Instagram” və “Facebook” sosial şəbəkələrində “VlP_Airsoft. az”,…

Ətraflı

Azərbaycan Texnologiya Universitetinin “Brend tələbə”ləri mükafatlandırıldı

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.   Viral.az xəbər verir ki, bu gün AzEdu.az və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə həmin universitetdə təhsil alan “Brend tələbə”lər təltif ediliblər.   Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri…

Ətraflı

Keşiş narazı kütləni Baş Prokurorluğun önünə apardı

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz yürüşünün iştirakçıları Ermənistan Baş Prokurorluğunun binası önünə gəliblər. Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, narazı kütlə Baş Prokurorluğun fəaliyyətinə etiraz edib. Etirazçılar baş prokurorun dövlətə deyil, yalnız Ermənistanın baş nazirinə xidmət etdiyini vurğulayıblar. Baqrat Qalstanyan kütlə qarşısındakı çıxışı zamanı baş prokurordan ictimaiyyətə hesabat tələb edib. Aksiya davam edir.

Ətraflı

Beynəlxalq ictimaiyyət Azərbaycana lazımi yardım göstərmir

“Təəssüflər olsun ki, indiyədək Ermənistan bizə minalarla bağlı dəqiq məlumatı verməkdən qaçır və verilmiş məlumatlar, sizin də bildiyiniz kimi, çox keyfiyyətsiz və aşağı səviyyədə olan məlumatlardır”.   Viral.az xəbər verir ki, bunu Bakıda keçirilən Minatəmizləmə Fəaliyyəti üzrə Beynəlxalq Konfrans çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov jurnalistlərə açıqlamasında deyib.   Ermənistanın minalarla bağlı verdiyi…

Ətraflı

ANAMA-nın sədri Qazaxın kəndlərindəki minatəmizləmə işlərindən danışdı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Qazaxın işğaldan azad olunmuş 4 kəndindəki mina təmizləmə prosesindən danışıb.   Viral.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin aparıldığını bildirib.   “Qazaxın işğaldan azad olunmuş kəndlərində ANAMA-nın bir qrupu, 2 minatəmizləyən maşını və Dövlət Sərhəd Xidmətinin minatəmizləyənləri işlərə cəlb olunub”,…

Ətraflı