Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası
Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) Pirşağıda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Viral.az-a verilən məlumata görə, aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin…