Prezidentlə xanımını evinə dəvət etdi

Prezident İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı sakinlərdən biri dövlət başçısını və xanımını evinə dəvət edib.   Viral.az xəbər verir ki, Prezident və birinci xanım həmin evə baş çəkiblər.   Xocalı sakininin evinin önündə yaşanan maraqlı dialoqu təqdim edirik:   Xocalı sakini Səriyyə Cəfərova: Cənab Prezident, mən bu evdə yaşamışam.   Prezident İlham Əliyev:…

Ətraflı

“Sülh körpüsü” Azərbaycan bayrağına büründü

Mayın 28-də Tbilisinin televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.   Viral.az xəbər verir ki, teleqüllə və körpü 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.   Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng – gözəllik verib….

Ətraflı

Azərbaycanlı gənc Türkiyədə vəfat etdi 

Azərbaycanlı gənc Türkiyədə vəfat edib.   Viral.az “oxu.az”a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Turan Kənan qızı Abdullayeva bu gün səhər saatlarında İstanbulda dünyasını dəyişib.   Onun ailəli olduğu bildirilib.   Qeyd edək ki, mərhumun nəşi bu gün axşam saatlarında Azərbaycana yola salınıb.   O, doğulduğu Naxçıvanın Mahmudkənd kəndində torpağa tapşırılacaq.

Ətraflı

Şəhərin mədəni həyatında yenilik

Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, eyni zamanda şəhər sakinləri və qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilib.   Viral.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşdırılıb.   Bu…

Ətraflı

Azərbaycan beynəlxalq arenada nüfuza malikdir

Azərbaycan beynəlxalq münasibətlərin fəal iştirakçısıdır və Cənubi Qafqaz regionunda mühüm rol oynayır.   Viral.az xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.   Ətraflı “Biz səmimi qəlbdən şadıq ki, dost Azərbaycan öz milli gününü yüksələn xətlə qeyd edir. Ölkə beynəlxalq münasibətlərin fəal…

Ətraflı

Narkotikin təsiri altında özünü YANDIRDI

Gəncə şəhərində əvvəllər dəfələrlə narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyevin cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.   Viral.az APA-ya istinadən xəbər verir ki, ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə…

Ətraflı

Baş redaktor həbs edildi 

“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev bir müddət əvvəl həbs edilib.   Viral.az xəbər verir ki, polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ittiham verilib.   Onun barəsində məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.   Daxili İşlər Nazirliyin mətbuat xidmətindən faktı APA-ya…

Ətraflı

Vaşinqton meri 28 Mayla bağlı bəyannamə imzaladı

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb.   Viral.az xəbər verir ki, bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib.   Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan…

Ətraflı

Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi AZALIB

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.   Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Viral.az-a bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.   Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən…

Ətraflı

Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırıq – Kuba XİN

Kuba Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırdır.   Viral.az xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.   “Kuba Azərbaycan Respublikasının xalqına və hökumətinə milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbriklərini çatdırır. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərini dərinləşdirməyə hazır olduğumuzu təsdiq edirik”, – paylaşımda bildirilib.

Ətraflı

Şəmkir su anbarında batan kişinin meyiti tapıldı

Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun cəsədi tapılıb.   Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.   Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə…

Ətraflı

Qazaxda kəndlə rayonu birləşdirən körpü uçdu

Qazaxda sel nəticəsində heyvan bazarı və çox sayda müəssisə su altında qalıb. Viral.az xəbər verir ki, bununla bağlı İctimai TV reportaj hazırlayıb. Bildirilib ki, 1630 nəfər əhalisi olan Dəmirçilər kəndini rayonla birləşdirən yeganə körpünün də bir hissəsi sel zamanı uçub. Sakinlərin dediyinə görə gün ərzində körpüdən 200-ə yaxın nəqliyyat vasitəsi keçir. Daha ətraflı süjetdə:

Ətraflı

Gürcüstanın XİN başçısı Ceyhun Bayramovu təbrik etdi

Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və onun daha da möhkəmlənməsinə ümid edir.   Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.   “Gürcüstanın strateji tərəfdaşı və yaxın qonşusu olan Azərbaycanın Müstəqillik Günü münasibətilə onun xalqına və hökumətinə, eləcə də həmkarım Ceyhun Bayramova ürəkdən təbriklərimi çatdırıram….

Ətraflı

Serbiya Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir

Serbiya Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir.   Viral.az xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.   “Azərbaycan Xarici İşlər Nazirliyindən dəyərli həmkarlarımızı və bütün ölkə xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Serbiya ölkələrimiz arasındakı dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir”, – paylaşımda bildirilib.

Ətraflı

Qardaş Azərbaycan xalqına sülh və bərəkət arzu edirəm – Ersin Tatar

“Dost və qardaş Azərbaycan Respublikasının 28 May – Müstəqillik Gününü öz adımdan və Kipr Türk xalqı adından səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir. Kipr türkləri də böyük Türk millətinin bir parçasıdır deyərək Şimali Kipr Türk Cümhuriyyətinə güclü dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə cansağlığı, xoşbəxtlik və uğur, dost və qardaş Azərbaycan xalqına sülh…

Ətraflı

Bu şəxslərə iki və üç dəfə məzuniyyət verilə bilər 

General-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsinə təyin olunmasından sonra müddətli həqiqi hərbi xidmətdə olanlara iki dəfə məzuniyyət verilir. Maraqlıdır bu dəyişiklik nə ilə əlaqələndirilir? Viral.az xəbər verir ki, məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bunları deyib: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçulara məzauniyyət qanunvericiliyin tələblərinə uyğun verilir. Bu, komandanlığın dəyişməsi ilə…

Ətraflı

İranda sərnişin təyyarəsi məcburi eniş etdi

İranda sərnişin təyyarəsi məcburi eniş edib.   Viral.az İRNA-ya istinadən xəbər verir ki, məlumatı İranın Xürrəmabad Hava Limanının ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.   İnformasiyaya əsasən, təyyarə texniki nasazlıq səbəbindən məcburi eniş edib.   Təyyarə İranın paytaxtı Tehranın Mehrabad Hava Limanına dönüb. Sərnişinlərin vəziyyəti barədə məlumat verilməyib. (“Report”)

Ətraflı

İrlandiya Fələstini müstəqil dövlət kimi tanıdı

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.   Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.   “Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, – o qeyd edib.   M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin…

Ətraflı

Paşinyan keşiş Baqratın planlarını POZDU

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan dövlət protokolunda səhər saatları üçün nəzədə tutulan ənənəvi tədbirə vaxtında getməyib. Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nikol Paşinyan “Sardarabat” abidəsini ziyarət etməyi təxirə salmaqla əleyhdarlarının planını pozub. Çünki səhər saatlarında “Sardarabat” abidəsinə yürüş edən keşiş Baqrat Srbazan öz tərəfdarları ilə Paşinyanın memorial kompleksinə  gəlişini gözləyirdi. Lakin…

Ətraflı

ICESCO-dan Müstəqillik Günü TƏBRİKİ

ICESCO Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.   Viral.az bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.   “ICESCO Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edir”, – paylaşımda qeyd edilib.  

Ətraflı

II Qaregin Sardarapat kompleksinə buraxılmadı

Ermənistan polisi bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə daxil olmasına maneçilk törədib. Viral.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, polis zəncir şəklində düzülüb və II Qaregini Sardarapat memorial kompleksinə buraxmayıb. Bununla bağlı sosial şəbəkələrdə video da yayımlanıb. Qeyd edək ki, ənənəyə uyğun olaraq, mayın 28-də bütün ermənilərin katolikosu II Qaregin Sardarapat memorial…

Ətraflı