Özbəkistan və Koreya liderləri 18 sənəd İMZALAYIBLAR

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Koreya Respublikasının Prezidenti Yun Seok-yeol 18 sənəd imzalayıb.   Viral.az xəbər verir ki, bu barədə “Kun.uz” məlumat yayıb.   Sənədlər Daşkənddə keçirilən danışıqların yekununda imzalanıb.   Tərəflər xüsusi strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi və hərtərəfli genişləndirilməsi haqqında birgə bəyanat imzalayıblar.   Cənubi Koreya Prezidentinin dövlət səfəri çərçivəsində həmçinin 17 sənəd imzalanıb.

Ətraflı

Daşkəndin baş planının hazırlanması BAŞA ÇATIB

Özbəkistanın paytaxtı Daşkənd şəhərinin baş planının hazırlanması başa çatıb.   Viral.az xəbər verir ki, bu barədə “Kun.uz” məlumat yayıb.   “Mən deyə bilmərəm ki, bu, yaxın vaxtlarda, 1-2 ay ərzində açıqlanacaq, lakin qısa müddətdə Daşkənd şəhərinin baş planı təsdiqlənərək icraya qəbul olunacaq”, – deyə Tikinti Nazirliyinin nümayəndəsi bildirib.   Tikinti və Mənzil-Kommunal Təsərrüfat Sahələrinə Nəzarət Müfəttişliyinin…

Ətraflı

Ermənistan və İran qarşılıqlı olaraq ticarət evləri AÇACAQ

“İran və Ermənistan yaxın vaxtlarda bir-birləri ilə ticarət evləri açacaqlar”.   Viral.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.   O deyib ki, İrəvanda İran ticarət evinin açılışı İslam Respublikasının prezidenti İbrahim Rəisinin Ermənistana səfəri ilə eyni vaxta təsadüf etməli idi, lakin onun faciəvi ölümü ilə əlaqədar bu, təxirə salınıb: “Lakin tezliklə baş…

Ətraflı

Zatulin İrəvanın Ukrayna Sülh Sammitində iştirakını tənqid edib

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistan baş naziri Nikol Paşinyanı yenidən tənqid edib.   Viral.az xəbər verir ki, bu barədə o, RİA-ya müsahibəsində danışıb.   Zatulin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitinə qatılacağı barədə rəsmi məlumatdan narazı qalıb.   “İrəvanın Ukrayna üzrə sammitdə iştirakı…

Ətraflı

Keçmiş partiya sədri olan deputat həbs olundu

Tacikistanda Demokratlar Partiyasının keçmiş sədri, parlamentin deputatı Səidcəfər Osmanzadə həbs edilib.   Viral.az xəbər verir ki, bu barədə “Xovar” dövlət agentliyi məlumat yayıb.   Qeyd olunub ki, Tacikistan Baş Prokurorluğunun tələbi ilə həbs olunub.   O, Tacikistanda dövlət hakimiyyətini ələ keçirmək üçün müxalifət liderləri ilə əvvəlcədən sövdələşmə, həmçinin Tacikistanda qadağan olunmuş Tacikistan Milli Alyansının liderləri ilə əməkdaşlıqda ittiham…

Ətraflı

Ermənistan Belarusa nota VERİB

Ermənistan Xarici İşlər Nazirliyi Belarus tərəfinə etiraz notası göndərib.   Viral.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.   O deyib ki, bu, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibinin şərhi və ölkənin daxili işlərinə qarışması ilə bağlıdır.   “Əlavə etmək istərdik ki, öz ölkələrinin gələcəyini düşünən liderlərə sahib olmaq istəyi,…

Ətraflı

Ermənistanda hərbçi naməlum şəraitdə ölüb

Ermənistan Müdafiə Nazirliyi müqaviləli hərbçinin ölümü ilə bağlı məlumat yayıb.   Viral.az xəbər verir ki, məlumatda faktın iyunun 14-də saat 08:20 radələrində aşkar olunduğu qeyd olunub.   Hərbçi Armen Qasparyanın güllə yarası ilə meyiti qeyri-müəyyən şəraitdə aşkar edilib. Faktla bağlı araşdırmalara başlanılıb.   Detallar hələlik bəlli deyil.

Ətraflı

Rusiya Cənubi Qafqaz ölkələrindən şərab idxalını ARTIRIR

“Rusiya Ermənistandan və bir sıra digər dost ölkələrdən şərab idxalını artırır”.   Viral.az xəbər verir ki, bunu Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının rəhbəri İqor Karavaev TASS-a bildirib.   “İndi Avropa ölkələrindən Rusiya Federasiyasına şərab idxalının azalması səbəbindən tədarük mənbələrinin diversifikasiyası müşahidə olunur. Buna görə də Ermənistan, Azərbaycan, Gürcüstan, Çili, Argentina, Cənubi Afrika Respublikası və Serbiya kimi ölkələrdən şərab…

Ətraflı

Türkiyə deputatları Rusiyaya gedir

Türkiyənin təbii qaz mərkəzinə çevrilməsi ilə bağlı bütün məsələlər 2024-cü ildə öz həllini tapa bilər.   Viral.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Türkiyədə səfərdə olan Rusiya Dövlət Dumasının Energetika komitəsinin sədri Pavel Zavalnı bildirib.   O əlavə edib: “Zənnimcə, bütün qərarlar bu il qəbul ediləcək. Çünki prezidentlər tərəfindən tapşırıq verilib, hazırda bu istiqamətdə…

Ətraflı

Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və fəaliyyəti müzakirə olunub

Ermənistandakı Avropa İttifaqı Missiyasının (EUMA) rəhbəri Markus Ritter Beynəlxalq Sülh Əməliyyatları Mərkəzinin (ZIF Berlin) icraçı direktoru Astrid İrqqanqla görüşüb.   Viral.az xəbər verir ki, bu barədə missiyanın mətbuat xidməti məlumat yayıb.   EUMA-nın Ermənistandakı mandatı və fəaliyyəti, habelə alman ekspertlərin Missiyaya ezam olunması məsələləri müzakirə edilib.   Qeyd olunub ki, Almaniya 27 missiya üzvü ilə EUMA-da ən böyük kontingentə…

Ətraflı

Ermənistanda müxalif deputat KTMT ilə bağlı siyasəti tənqid edib

“Ermənistan KTMT ilə əlaqələri kəsir, başqa heç bir təhlükəsizlik zəmanəti yoxdur”.   Viral.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu müxalifətçi deputat “Şərəfim Var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərə bildirib.   “Təşkilatın təhlükəsizlik sistemində problemlər var, lakin onların əhəmiyyətli hissəsi İrəvanın yanlış addımları ilə bağlıdır. Məsələn, KTMT-nin baş katibinin saxlanılması qərarı ilə bağlı. Əgər hansısa NATO ölkəsi Stoltenberqi…

Ətraflı

Daha 254 hərbçinin meyiti Ukraynaya qaytarılıb

Repatriasiya tədbirləri nəticəsində müharibədə həlak olan 254 ukraynalı hərbçinin meyiti qaytarılıb.   Viral.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahının “Telegram” hesabında məlumat verilib.   “Donetsk istiqamətində döyüşlərdə həlak olan 221, Zaporojye istiqamətində döyüşlərədə həlak olan 25, Luqansk istiqamətindən həlak olan 4 ukraynalı hərbçinin meyitlərini, eyni zamanda Rusiya ərazisindəki morqlardan təhvil…

Ətraflı

Gürcüstanın xarici ticarət dövriyyəsi AZALIB

2024-cü ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3% azalıb.   Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, müvafiq göstərici 8,4 milyard dollar təşkil edib.   İxrac 2,274 milyard (9,2%), idxal isə 6,146 milyard (0,5%) təşkil edib.   Mənfi ticarət saldosu ötən illə müqayisədə 7,1% artaraq 3,8 mlrd olub.

Ətraflı

Ermənistanda məmurların Belarusa səfərləri rəsmən YASAQLANDI

Ermənistanın baş naziri aparatının rəhbəri Arayik Arutyunyan rəsmilərə Belarusa rəsmi səfərləri istisna etməyi tapşırıb.   Viral.az xəbər verir ki, bununla bağlı “Joğovurd” qəzeti yazıb.   Nəşr dövlət qurumlarının rəhbərlərinə və nazirlərə ünvanlanmış qərarın fotosunu dərc edib.   Bir gün əvvəl Paşinyan bəyan etmişdi ki, bundan sonra Belarusa bütün rəsmi səfərlər ləğv edilir.   Bunun ardınca İrəvan Minskdəki…

Ətraflı

Fransa Ermənistanla hərbi əməkdaşlıq forumu KEÇİRİR

İyunun 18-də “EUROSATORY” sərgisi çərçivəsində GICAT (Fransa Müdafiə və Təhlükəsizlik Sənayesi Təşkilatı) pavilyonunda Ermənistanın müdafiə ehtiyaclarına və Fransa ilə cari əməkdaşlığa həsr olunmuş Fransa-Ermənistan forumu keçiriləcək.   Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, konfransa Ermənistanın müdafiə naziri Suren Papikyan da qatılacaq.   Həmçinin Ermənistanın yüksək texnologiya və sənaye naziri Mxitar Hayrapetyan, GICAT üzvləri, eləcə də Fransa-Ermənistan Ticarət…

Ətraflı

Şimali Koreya Rusiyaya 5 milyon artilleriya mərmisi GÖNDƏRİB

Şimali Koreya Rusiyaya içərisində təxminən 5 milyon artilleriya mərmisi ola biləcək 10 min konteyner göndərib.   Viral.az xəbər verir ki, bununla bağlı “Bloomberg” Cənubi Koreyanın müdafiə naziri Şin Vonsikə istinadən yazıb.   “Putinin Şimali Koreya ilə təhlükəsizlik sahəsində, xüsusilə də qələbə şansından istifadə etmək üçün lazım olan artilleriya mərmiləri kimi hərbi təchizatda daha sıx əməkdaşlığa can…

Ətraflı

Niderland Ukraynaya 350 milyon avroluq mərmi YOLLAYIR

Niderland Ukraynaya 350 milyon avro dəyərində 152 mm-lik artilleriya mərmiləri göndərəcək.   Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.   Məlumata görə, silahlar Ukraynaya Beynəlxalq Dəstək Fondundan (IFU) ayrılacaq.   Nazirlik təhlükəsizlik səbəbi ilə çatdırılmaların dəqiq sayını və vaxtını açıqlamayıb.

Ətraflı

Baqrat etirazçıların qaldığı çadırları SÖKDÜRÜB

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar parlamentin binası yaxınlığında qurulan çadır “şəhərciyini” söküblər.   Viral.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.   Ötən gecə radikal “Vətən üçün Tavuş” etirazçılarının rəhbəri Baqrat Qalstanyan çadırlara ehtiyac olmadığını deyib.   O, həmçinin hərəkatın genişlənməsi üçün bunun yenidən təşkil olunacağını açıqlayıb.

Ətraflı

Ermənistan hökuməti İranla Avrasiya İttifaqı arasındakı sazişi TƏSDİQLƏDİ

Ermənistan Nazirlər Kabineti Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinin ratifikasiyasını təsdiqləyib.   Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.   Qeyd edək ki, ötən ilin yanvarında İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət sazişi imzalanıb. Sənədin imzalanması mərasimində İranın sənaye, mədən və ticarət nazirinin müavini, respublikanın Ticarətin İnkişafı Təşkilatının…

Ətraflı