Yuliya Navalnaya qiyabi həbs edildi

Mərhum rusiyalı siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiyada qiyabi həbs edilib.   Viral.az xəbər verir ki, qərarı Moskvanın Basmannı məhkəməsi istintaq qurumunun tələbi ilə qəbul edib.   Navalnaya ekstremist icmada iştirakda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur.   Qeyd edək ki, ötən həftə Yuliya Navalnaya Qarri Kasparovu əvəzləyərək İnsan…

Ətraflı

Meloni Vaşinqtona getdi

İtaliyanın Baş naziri Ciorcia Meloni NATO-nun 75-ci yubiley sammitində iştirak etmək üçün ABŞ-a səfərə gedib.   Viral.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.   İyulun 9-11-də keçiriləcək sammit çərçivəsində C.Meloninin müxtəlif ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Ətraflı

Makron Vaşinqtona getməkdən imtina edə bilər 

Fransa prezidenti Emmanuel Makron NATO sammitində iştirak etməyə bilər.   Viral.az xəbər verir ki, bu barədə “Le Figaro” mənbələrə istinadən yazıb    Nəşrin mənbələri deyir ki, Fransa Prezidenti Vaşinqtona getməkdən imtina edə bilər. Bu qərar seçkilərdən sonra yeni hökumətin formalaşdırılmasına səylərin cəmlənməsini tələb edən müxalifətin təzyiqi ilə bağlıdır.   Nəşr əlavə edib ki, Milli Assambleyanın (parlamentin)…

Ətraflı

Aİ Gürcüstana 30 milyon avroluq yardımı dayandırdı

Brüssel 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan 30 milyon avronun ayrılmasını dayandırıb.   Viral.az xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.   Qərar xarici agentlər haqqında qanuna görə verilib: “Biz artıq Avropa Sülh Fondu çərçivəsində 2024-cü il üçün Gürcüstan silahlı qüvvələrinə 30 milyon avro məbləğində dəstəyi dayandırmışıq”. 

Ətraflı

Rusiyaya qarşı sanksiyalar siyahısı genişləndirildi

İyulun 8-də İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqatlar üzrə Federal Agentliyi (EAER) Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.   Viral.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin rəsmi saytında qeyd olunub.   Beləliklə, Aİ-nin qəbul etdiyi əlavə sanksiyalar siyahısına İsveçrə də qoşulub. Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzünə cavab olaraq iyunun 24-də Aİ 14-cü sanksiyalar paketi…

Ətraflı

Ermənistanın müdafiə naziri İran səfiri ilə regionu müzakirə etdi

İyulun 9-da Ermənistanın müdafiə naziri Suren Papikyan İran İslam İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib. Viral.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə İranın Ermənistandakı səfirliyinin yeni təyin olunmuş hərbi attaşesi polkovnik Məhəmməd Nəcəfi də iştirak edib. Papikyan yeni təyin olunmuş hərbi attaşeni təbrik edib və ona mühüm…

Ətraflı

Nobel mükafatı laureatı Baydeni seçki yarışından çəkilməyə çağırdı

ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilməli və öz yerini Demokratlar Partiyasının namizədi kimi vitse-prezident Kamala Harrisə verməlidir.   Viral.az xəbər verir ki, bu fikri iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman “The New York Times” qəzeti üçün köşə yazısında bildirib.   O, Baydenin ABŞ prezidenti kimi xidmətlərini yüksək qiymətləndirərək, infrastruktura, yüksək texnologiyalara və…

Ətraflı

Rusiya Ukraynada 559 uşaq ÖLDÜRÜB

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 559 uşaq həlak olub. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib. “2024-cü il iyulun 9-na olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 559 uşaq həlak olub. 1449-dan çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir. Ən son qurbanlar bazar ertəsi Rusiyanın Kiyevə…

Ətraflı

Kiyevdə matəm elan edildi

Bu gün Kiyevdə Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumu nəticəsində həlak olanlar üçün matəm elan edilib.   Viral.az xəbər verir ki, bu barədə UNİAN Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.   Bütün bayraqlar yarıya endiriləcək və bütün əyləncə tədbirləri qadağan ediləcək.   Məlumata görə, ölənlərin ümumi sayı 4-ü uşaq olmaqla 27…

Ətraflı

5.4 bal gücündə ZƏLZƏLƏ 

Peru sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.   Viral.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.   Qeyd edilir ki, zəlzələnin episentri 246 minə yaxın insanın yaşadığı İka şəhərindən 230 km cənubda 10 km dərinlikdə yerləşib.   Hadisə nəticəsinə dağıntı qeydə alınmayıb.

Ətraflı

100-dən çox insan fidyə müqabilində qaçırıldı

Ötən həftə Efiopiyada tələbələr də daxil olmaqla azı 100 nəfər fidyə müqabilində qaçırılıb.   Viral.az xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Ervin Massinqa məlumat verib.   “Oromiya və Amhara ştatlarında baş verən son adam oğurluqları göstərir ki, uzun sürən münaqişə cinayətkarları necə cəsarətləndirir və qanunun aliliyini zəiflədir”, – deyə səfir X sosial hesabında…

Ətraflı

Samanta Pauer Ermənistana səfər etdi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edib.   Viral.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.   Səfər zamanı o, hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri, media və biznes rəhbərləri ilə görüşəcək.

Ətraflı

NATO sualtı kabellərə hücumlar zamanı internetə çıxış yollarını axtarır

NATO Avropanın dənizaltı kommunikasiyalarına hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin tapılması layihəsinin maliyyələşdirilməsini dəstəkləyir.   Viral.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.   Agentliyin məlumatına görə, NATO-nun elm proqramı hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların dənizaltı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması üçün qrantı təsdiqləyib. Layihə…

Ətraflı

Texas sahillərində qorxulu QASIRĞA

Karib dənizində yaranmış “Beril” qasırğası yerli vaxtla bazar ertəsi səhər saatlarında ABŞ sahillərinə yaxınlaşıb.   Viral.az xəbər verir ki, Texas ştatının Mataqorda ərazisində küləyin sürəti saatda 138 kilometr olub. Qasırğa nəticəsində bölgədə leysan yağışı, tufan və şiddətli külək hökm sürüb. Qasırğa zamanı ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Bölgədə iki milyondan çox insan elektrik enerjisiz…

Ətraflı

Sabiq erməni nazirin malikanəsi müsadirə olundu

ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə edilməsinə qərar verib.   Viral.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.   Qərara əsasən, cinayət mənşəli mülkiyyət hesab edilən malikanə ən yüksək bazar qiymətinə satılacaq.   Məhkəmə malikanənin müsadirə edilməsi və satılması barədə qərarı Ermənistan Baş Prokurorluğu ilə…

Ətraflı

Ukraynada ölənlərin sayı 33-ə çatdı 

Ukraynanın xilasetmə xidməti bu gün səhər saatlarında Rusiyanın Ukrayna şəhərlərinə endirdiyi raket zərbəsi nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb. Viral.az xəbər verir ki, qurum 33 nəfərin həlak olduğunu, 140 nəfər yaralandığını təsdiqləyib. Kiyevdə 22, Dnepropetrovsk vilayətində isə 11 nəfərin həlak olduğunu bildirir. 140 yaralıdan 74-ü Kiyevdə, ikisi Kiyev vilayətində, 64-ü Dnepropetrovsk vilayətində olub….

Ətraflı

Putin Pezeşkianla telefon danışığı APARDI

Rusiya prezidenti Vladimir Putin İranın yeni seçilən lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.   Viral.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.     Putin Pezeşkianı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Liderlər 2024-cü ildə şəxsi təmaslar barədə razılığa gəliblər.   “Hər iki tərəf əldə olunmuş yüksək səviyyədə mehriban qonşuluq Rusiya-İran münasibətlərindən…

Ətraflı

Ərdoğan Pezeşkianla regionu müzakirə etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.   Viral.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.   Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan Türkiyə ilə İran arasındakı əlaqələrin yeni dövrdə də hər sahədə…

Ətraflı

Putin Şoyqunun köməkçilərini işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun köməkçiləri – Yevgeni Anoşin və Nail Muxitovu işdən azad edib.   Viral.az xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.   Məlumata görə, Anoşin və Muxitovun tutduqları vəzifələrdən uzaqlaşdırılmasının səbəbi açıqlanmır.   Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifələrini kimin tutacağı hələlik məlum deyil.

Ətraflı