“Sertifikasiya imtahanı ilə əlaqədar yaradılan Apelyasiya Komissiyasına daxil olan müraciətlər çox deyil”.
Viral.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov müəllimlərin sertifikasiya imtahanı haqqında danışarkən deyib.
O, qeyd edib ki, müraciətlərə sualların proqrama uyğun olmadığı hallarda baxıla bilər:
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
“Dünənki imtahanda 8 mindən çox müəllim iştirak etmişdi. Amma kəsilənlərin sayı çox azdır. Bu günə qədər 40 min 600 müəllim sertifikatlaşmada iştirak edib. Onların 88 faizi uğur qazanıb. 21 faizdən çoxu isə 51-60 bal arası nəticə göstərib.
Hesab edirik ki, bundan sonra da müəllimlərin təkmilləşdirilməsi prosesi daha yaxşı olacaq, nəticələri yüksələcək”.