Abşeronda şəhid ailələri ilə görüşlər davam etdirilir

Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.

 

Viral.az xəbər verir ki, görüşdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov iştirak edib.

Son Yazılar:

 

Tədbirdə RİH başçısı A.Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi və həyata keçirdiyi mükəmməl siyasəti ilə şanlı zəfər qazandığımız Vətən Müharibəsindən sonra azad olunan torpaqlarda genişmiqyaslı yenidənqurma, tikinti-bərpa işləri həyata keçirilir. Soydaşlarımızın Qarabağa qayıtması ilə yurd yerlərimizdə həyatın yenidən canlandığını vurğulayan Abdin Fərzəliyev cənab Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın bundan sonra da böyük uğurlar qazanacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.  

 

Bildirilib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Şəhid ailələri həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etməkdədir. 

 

Abşeron rayonunda da bu diqqətin bundan sonra da həyata keçiriləcəyini vurğulayan Abdin Fərzəliyev şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb. Onların qaldırdıqları məsələlər yerindəcə həll olunub. 

 

Şəhid ailələri və müharibə iştirakçıları da onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. 

 

***

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan igidlərimizin, o cümlədən onların xalqımıza əmanət qalan övladlarının doğum günləri qeyd edilib. Belə ki, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan Müsayev Vüsal Zakir oğlunun 28-ci, “Kəlbəcərin azadlığı uğrunda”, “Vətən uğrunda” medalları, “Hərbi xidmətlərə görə III dərəcəli” və “Rəşadət” ordenləri ilə təltif edilən Həsənov Elşad Paşa oğlu 43-cü, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun 31-ci, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə“, “Cəsur döyüşçü” medalları və 3 cü dərəcə “Rəşadət” ordeni ilə təltif olunan Ələkbərov Röyal Fərmayıl oğlunun 30-cu doğum günləri qeyd edilib. Eyni zamanda şəhid Rəhim Hüseynovun və şəhid Elsəvər Paşayevin bizə əmanət qalan övladıraının  doğum günləri münasibəti ilə təbrik ediliblər.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ictimaiyyəti şəhidlərimizin doğum günlərində onların ailə üzvləri ilə birgə məzarı ziyarət edilib, xiyabanlarda dəfn olunan qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub. 

 

Şəhidlərimizin keçdiyi döyüş yollarından və göstərdikləri şücaətlərdən danışılıb, onlarla bağlı xatirələr bölüşülüb. 

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. RİH başçısı bildirib ki, ölkəmizdə şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı var və bundan sonra da daimi olaraq göstəriləcək.

 

Şəhidlərimizin ailə üzvləri də  hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

 

***

 

Abşeron rayonu, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ruslan İsmayılovun oğlu Ramiz İsmayılovu 11-ci sinifi bitirməsi münasibəti ilə, o cümlədən məzunları və pedaqoji kollektivi “Son zəng” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişaf əldə olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb. 

 

Sonra məzunlar və məktəblilər tərəfindən hazırlanan bədii kompozisiyalar təqdim olunub.