İsrail müdafiə naziri ABŞ-yə GETDİ

Bu gün İsrail müdafiə naziri Yoav Qallant Vaşinqtona səfər edib.

 

Viral.az-ın xəbərinə görə, bu barədə “Times of Israel” məlumat yayıb.

Son Yazılar:

 

Qeyd edilib ki, öncədən planlaşdırılmayan səfərdə məqsəd ABŞ-ı böyük dağıdıcı gücə malik bombaları İsrailə göndərməyə razı salmaqdır.

 

Səfərdən öncə Yoav Qallant ABŞ-İsrail münasibətlərinin və səfərinin əhəmiyyətini vurğulayıb: “ABŞ-da yüksək vəzifəli şəxslərlə görüş gələcəkdə müharibə üçün həlledici əhəmiyyət daşıyır. Səfərim çərçivəsində Qəzza və Livanda hadisələrin inikşafı ilə bağlı müzakirələr aparmağı planlaşdırıram. İsrail Qəzza, Livan və digər bölgələrdə hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır. Qəzzada üçüncü mərhələyə keçid böyük əhəmiyyət daşıyır. Mən bu məsələni ABŞ-ın rəsmi şəxsləri ilə müzakirə edəcəm. Bilirəm ki, ABŞ-la bu məsələdə sıx əməkdaşlığa nail olacağıq”.