Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1300 hərbçisini itirib.
Viral.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son Yazılar:
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
- İlham Əliyev bu qanunlara dəyişiklik etdi
- Prezidentdən nazirlə bağlı SƏRƏNCAM
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 535 660 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 15 zirehli döyüş maşını, 51 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.