İki keçmiş nazir Rusiyada HƏBS EDİLDİ

Moskvanın Basmannı məhkəməsi Ukrayna Ədliyyə Nazirliyinin keçmiş rəhbəri Pavel Petrenko və Ukraynanın keçmiş informasiya siyasəti naziri Yuri Ştesi qiyabi həbs edib.

Viral.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sabiq nazirlər saxlanıldıqdan və ya Rusiyaya ekstradisiya edildikdən sonra iki ay müddətinə həbs olunacaqlar. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 356-cı maddəsi (“Qadağan edilmiş döyüş vasitələrindən və üsullarından istifadə”) ilə ittiham olunurlar.

Son Yazılar:

Petrenko 2014-cü ilin fevralında Ukrayna Ədliyyə Nazirliyinə rəhbərlik edib. O, 2019-cu ilin avqustunda vəzifəsini tərk edib. Stets 2007-2014-cü illərdə Ukrayna Ali Radasının deputatı olub , 2014-2019-cu illərdə isə Ukraynanın İnformasiya Siyasəti naziri vəzifəsində çalışıb.

Yusif EYVAZLI