Ermənistan XİN Rusiyaya başsağlığı verdi

Ermənistan Xarici İşlər Nazirliyi Dağıstanda baş verən terror aktları ilə bağlı Rusiya tərəfinə başsağlığı verib.

 

Viral.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi X səhifəsində paylaşım edilib.

Son Yazılar:

 

“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz terrorizmi bütün təzahürlərində qəti şəkildə pisləyirik”, – paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, dünən axşam saatlarında Dərbənddə yerləşən kilsə və sinaqoqa terror hücumları olub. Ölən və yaralananlar var.