III Çarlzın bacısı başından xəsarət aldı

İngiltərə kralı III Çarlzın bacısı şahzadə Anna İngiltərənin qərbində yerləşən “Gatcom” Park iqamətgahında baş vermiş insident nəticəsində beyin silkələnməsi və başından yüngül xəsarətlər alıb.

Viral.az xəbər verir ki, “Bukingem” Sarayının bəyanatında deyilir ki, Əlahəzrət xəstəxanaya aparılıb.

“Onun sağalması yaxşı gedir və o, rahat vəziyyətdədir və sonrakı müşahidə üçün ehtiyat tədbiri olaraq xəstəxanada qalır”.

Son Yazılar:

Şahzadənin Bristolun kənarındakı “Southmead” xəstəxanasına aparıldığı qeyd edilir. Kral ailəsinin mətbuat xidməti hadisənin hansı şəraitdə baş verdiyini açıqlamayıb.

Onun iştirakı ilə bu həftə keçiriləcək tədbirlərin təxirə salındığı vurğulanır.

Yusif EYVAZLI