“Apple” Avropada süni intellekt xidmətlərini təqdim ETMƏYƏCƏK

“Apple” şirkəti Avropa İttifaqına (Aİ) görə süni intellekt (AI) xidmətlərinin Avropada istifadəyə verilməsini təxirə salıb.

Viral.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.

Şirkət nümayəndələri bildiriblər ki, “Apple Intelligence” xidmətləri bir müddət Avropada işləməyəcək. “Apple” şirkətinin fikrincə, bu, faktiki Aİ qadağası ilə bağlıdır. Avropa rəsmiləri yeni alətlərin Rəqəmsal Bazarlar Aktını pozacağına inanırlar.

Son Yazılar:

Qadağa “tənzimləyici qeyri-müəyyənlik”lə bağlıdır. “Apple” həmçinin vurğulayıb ki, AB qaydaları onu istifadəçilərin şəxsi məlumatlarını təhlükə altına almağa məcbur edir. Göründüyü kimi, Avropa İttifaqı hansısa yolla şirkət tərəfindən emal edilən məlumatları tənzimləmək niyyətindədir.

“Apple Intelligence” funksiyaları “iOS 18″in buraxılışı ilə birlikdə payızda brend qadcetlərdə görünməlidir. Onlar “iPhone 15 Pro” və “M” seriyalı prosessorlu kompüterlərdə işləyəcək.

Yusif EYVAZLI