Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Viral.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
Tokayev telefon danışığı zamanı Dağıstanda törədilən terror aktları nəticəsində insan tələfatı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə və bütün Rusiya xalqına başsağlığı verib.
O vurğulayıb ki, Qazaxıstan dinc əhaliyə yönəlmiş istənilən qəddarlıq və zorakılıq təzahürlərini qəti şəkildə pisləyir, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid hesab edir.
Tərəflər terrorizm və ekstremizmə qarşı mübarizədə sıx əməkdaşlığın davam etdirilməsinin, eləcə də mötəbər beynəlxalq təşkilatlar çərçivəsində səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.
Prezidentlər Qazaxıstan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının gündəliyini müzakirə ediblər.