Macarıstanın baş naziri Viktor Orbanın korteji Almaniyada qəzaya düşüb.
Viral.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Son Yazılar:
- Ərdoğan ABŞ-yə GEDƏCƏK
- Aeroport şosesində yol qəzası sıxlığa səbəb OLDU
- Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat ETDİ
Məlumata görə, Orban Almaniyaya bir gün əvvəl Macarıstan millisinin çıxış etdiyi futbol üzrə Avropa çempionatı üçün gəlib. Ştutqart hava limanına gedərkən baş nazirin müşayiət edən iki polis motosikleti avtomobillə toqquşub, nəticədə iki polis əməkdaşı yaralanıb, onlardan biri daha sonra xəstəxanada ölüb.
69 yaşlı qadının idarə etdiyi BMW markalı avtomobil Orbanın kortejini müşayiət edən polisin motosikletinə çırpılıb.