“Vətən müharibəsində qələbəmiz erməni kilsəsinin tarixi statusunu dəyişir və Ermənistan hakimiyyəti nəhayət, Katalikos institutunun müstəsnalığına, hökmranlığına son qoymağa yaxındır. 28 may müstəqillik günündə 2-ci Qareginin rəsmi tədbirə buraxılmaması, Nikol Paşinyanın “təsir agentləri” adlandırdığı din xadimləri ilə yaxın 3 ayda həlledici döyüşün olacağını göstərir. Bəli, sərhəddin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür”.
Viral.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“Hamıya bəllidir, erməni Apostol kilsəsi düşmənçiliyi ən çox xalqımıza edib. Biz Razdan meydanında “İskəndər” raketləri və ordudan qabaqda gedən keşiş kolonunu da görmüşük, 1-ci və 2-ci Qarabağ müharibələrində erməni əsgərlərinə xeyir-dua verən, onları təcavüzə, qəddarlığa, kütləvi qırğınlara səsləyən qara xaçlı komandirləri də unutmamışıq.
Əgər qətllər törədən hərbçiyə “Böyük Tiqran” ordeni və qəhrəmanlıq medalları verilirdisə, kilsə xadimlərinə də yepiskopluqdan patriarxlığa qədər bəxş olunan dini rütbələr məhz işğalın mükafatlarıdır. Əlləri təkcə azərbaycanlı xalqının deyil, öz millətinin də qanına batanlar din xadimi sayıla bilməzlər. Kilsə dövlətə çevrilib düşmənçilik yaymaqla Yerablur məzarlığını qazanıb. Dəfn kontorları kimi çalışan, hərbi qərarlar imzlayan kilsə indi hakimiyyəti təkbaşına ələ almaq iddiasındadır. Görün, bir xalq onu məğlubiyyətə gətirən koçaryanlara, sarkisyanlara nə qədər nifrət edir ki, bir keşişin ətəyindən asılı qalıb”, – Zahid Oruc vurğulayıb.
Son Yazılar:
- Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
- Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”
- ABŞ sürətlə müflisləşir – İlon Mask
“Artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir. İlk növbədə, erməni Baş nazir “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır” söyləyir. Qalır təkcə “soyqırımı” əsarəti. Ondan da xilas etsə, Paşinyan milli çevriliş edəcək. Biz yardım göstərməliyik ki, o, missiyasını axıra çatdırsın”, – deputat əlavə edib.
Z.Orucun sözlərinə görə, hakim partiyadan olan deputat Arsen Torosyan, “1700 ildir erməni dövlətçiliyinin məhvinə səbəb olan kilsənin mif və stereotiplərini məhv etməliyik” söyləyir:
“İqtidaryönlü “Baqramyan-26” teleqram kanalı yazır: “Düşmənçilik və nifrət yayanlar xristianlığı və müqəddəsliyi təmsil etmirlər”. Bəli, hər sözünə qatılırıq. Lakin Paşinyanı xaç və qılıncla devirməyə çalışanlar hakimiyyətə gəlsələr, onda keşişlərin qələbəsi erməni xalqının məğlubiyyəti, yaxud Varfolomey gecəsi olacaq. Çünki Katalikos sülhü yox, müharibəni təmsil edir.
Bir kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır, dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: “Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var”.
Biz Ermənistanın siyasi hakimiyyəti ilə barış anlaşması imzalayacağıq, lakin kilsə və dünya erməniçiliyi xalqımızla düşmənçiliyi davam etdirəcək. İsa Məsih məhz belələrinə üz tutub deyirdi: “Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər”.