“Hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyət malikdir. Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib. Heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.
Viral.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov səsləndirib.
O qeyd edib ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak edib:
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toyu günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
“Polislər Azərbaycanın müstəqilliyini əldə etdiyi ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər.
Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır.
Bütün bunlarla yanaşı, hesab edirəm dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir.
Eyni zamanda düşünürəm əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”.
Deputat həmçinin qeyd edib ki, illər öncə Azərbaycanda ölüm hökmü ləğv olunub, amma proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün ölüm cəzası daha effektivdir:
“Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.