UEFA Danimarkanı CƏZALANDIRDI 

UEFA Danimarka Futbol Federasiyasını cəzalandırıb.

 

Viral.az xəbər verir ki, buna onların azarkeşlərinin AVRO-2024-də açdığı banner səbəb olub.

 

Hadisə İngiltərəyə qarşı 1:1 hesabı ilə bitən matçda baş verib. Pankartlarda UEFA-ya qarşı təhqirlərin olduğu şüarlar yer aldığı üçün federasiya 10 min avro ödəyəcək.

 

Qeyd edək ki, daha öncə UEFA Albaniya və Serbiya futbol federasiyalarını siyasi şüarlara görə cərimələyib.