Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması ilə bağlı bütün razılaşmalar əldə olunub
Viral.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Onun sözlərinə görə, Belarus iyulun 3-4-də Astanada keçiriləcək sammitdə təşkilata qəbul olunacaq.
“Astanada keçiriləcək sammitin ilk aktı Belarusun ŞƏT-in tamhüquqlu üzvlərinə rəsmi qəbulu olacaq. Minsk bütün tədbirlərdə digər üzvlərlə bərabər əsasda iştirak edəcək”, – Sergey Lavrov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşün açılış nitqində deyib.
Lukaşenko Belarusun təşkilatda iştirakının vacibliyini qeyd edib: “Bu, təkcə imic və siyasi baxımdan deyil, həm də iqtisadi baxımdan vacibdir. İstənilən vaxt istənilən məsələləri, o cümlədən konkret məsələləri müzakirə etmək imkanı var”.
Belarus 2022-ci ildə ŞƏT-ə üzv olmaq üçün müraciət edib.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Şanxayda yaradılıb. Əsas iştirakçılar Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistandır. Təşkilatın əsas məqsədləri iştirakçı ölkələr arasında etimadın möhkəmləndirilməsi, ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə inkişafdır.