Qazaxıstanda 14 minə yaxın əcnəbi çalışır.
Viral.az xəbər verir ki, bu barədə “Kazinform” Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Son Yazılar:
- İsrail Livanda sülh naminə fəaliyyət göstərir
- Gürcüstan ABŞ-nin ştatı deyil – Papuaşvili
- Aysel və Safuradan maraqlı paylaşım – VİDEO
Bildirilib ki, 2024-cü il iyunun 1-nə Qazaxıstanda 13 937 əcnəbi mütəxəssis qeydiyyatdan keçib.
Xaricilər hansı sektorlarda çalışırlar:
Tikinti – 4403 nəfər
Kənd təsərrüfatı – 1817 nəfər
İnzibati xidmətlər – 1684 nəfər
Haradan gəliblər:
Çin – 3938 nəfər
Özbəkistan – 1919 nəfər
Hindistan – 1145 nəfər
Türkiyə – 1101 nəfər.
Ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il xarici mütəxəssislərin cəlb edilməsi üçün kvota müəyyən edir. 2024-cü ildə bu, işçi qüvvəsinin 0,23%-i və ya 22 min nəfərdir.