AŞPA Ermənistana çağırış etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) öz qətnaməsində Ermənistanda siyasi ab-havanın həddən artıq qütbləşdiyini bəyan edib.

Viral.az xəbər verir ki, AŞPA həmçinin Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayıb.

AŞPA-nın Ermənistanın öhdəliklərinin monitorinqi üzrə həmməruzəçiləri Kimmo Kilyunen (Finlandiya) və Boriana Oberqin (İsveç) hesabatında Ermənistan hakimiyyətinin Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq həyata keçirdiyi seçki islahatlarını alqışlanıb. AŞPA hesab edib ki, Ermənistanda həqiqətən demokratik seçkilərin keçirilməsi məqsədinə əsasən nail olunub.

Son Yazılar:

AŞPA Ermənistandakı siyasi ab-havanın həddindən artıq qütbləşməsindən təəssüfləndiyini bildirib. Assambleya bütün siyasi maraqlı tərəfləri parlament çoxluğu ilə müxalifət arasında münasibətlərin yaxşılaşdırılması, xüsusən də müstəqil kollegial orqan və institutlara təyinat prosedurlarının siyasətdən kənarlaşdırılması məqsədilə dialoqa çağırıb.