Ürək sağlamlığı üçün ideal səhər YEMƏYİ

“Qızılbalıq və avokado ürək sağlamlığı üçün ən yaxşı səhər yeməyi maddələridir”.

Viral.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu dietoloq Lon Ben-Ascher deyib.

“Ürək sağlamlığı üçün səhər yeməyinə ürək-damar sağlamlığını dəstəkləyən, xolesterolu idarə edən və iltihabı azaldan qida maddələri ilə zəngin qidalar daxil edilməlidir”, – deyə o bildirib.

Son Yazılar:

Onun sözlərinə görə, bu keyfiyyətlər omeqa-3 yağ turşuları və liflə zəngin qidalardan gəlir.

Mütəxəssis həmçinin səhər saatlarında doymuş yağ və natriumla zəngin qidaların istehlakını minimuma endirməyi tövsiyə edib. Məsələn, kolbasa və donuz əti.

Dəniz SƏTTARLI