Tənbəl və oturaq insanların 30 faizində demans, xərçəng, diabet və digər ölümcül xəstəliklərə tutulma riski artır.
Viral.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “The Lancet” qəzetində dərc olunan məqaləsində ömrü qısaldan xəstəliklərin inkişafının əsas səbəbi açıqlanıb.
Müxtəlif ölkələrdə əhalinin fiziki fəaliyyətini araşdıran alimlər bildiriblər ki, hər üçüncü şəxs idmanla o qədər az məşğul olur ki, onun sağlamlığı risk altındadır. Tənbəllik dünyada təxminən 1,8 milyard yaşlı insanı tip 2 diabet, ürək xəstəliyi, xərçəng və demans inkişaf riski altında qoyur.
Son Yazılar:
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
- Dövlət başçısı iştirakçılara müraciət ETDİ
- Prezident bu əsəsnamədə dəyişiklik ETDİ
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, orta fiziki fəaliyyət həftədə ən azı 2,5 saat və ya gündə 22 dəqiqə verilməlidir.
Dəniz SƏTTARLI