Türkiyədə Ali Seçki Komissiyası (YSK) 2023-cü il əhali məlumatları çərçivəsində bəzi şəhərlərin deputat sayında dəyişiklik edib.
Viral.az xəbər verir ki, Türkiyə Statistika Qurumunun (TÜİK) 2023-cü il əhali məlumatlarına görə YSK tərəfindən hazırlanan 600 millət vəkilinin vilayətlərə görə bölgüsü “Resmi Gazete”də dərc olunub.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
Bölgüyə əsasən, İstanbulda növbəti seçkilərdə seçiləcək deputatların sayı 98-dən 96-ya endirilib. Bundan başqa, Hatayda seçiləcək millət vəkillərinin sayı 11-dən 10-a, Kütahyada isə 5-dən 4-ə salınıb.
Deputatların sayı Bursada 20-dən 21-ə, Eskişəhərdə 6-dan 7-yə, Tunceli və Bayburtda 1-dən 2-yə qaldırılıb.
Qeyd edək ki, Türkiyədə parlament seçkiləri proporsional qaydada keçirilir və hər seçki dairəsində ayrı-ayrı partiya siyahıları üzrə mübarizə aparılır. Səslərin sayılması prosesində “D’Hondt” seçki sistemi tətbiq olunur.
Yeni bölgü ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür: