Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyulun 3-də, saat 10:00-da Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran və Astara rayon sakinlərinin qəbulunu keçirəcək.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Viral.az-a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Lerik rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Son Yazılar:

 

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.