İran şahının oğlu ölkədəki seçkiləri sirkə bənzətdi, xalqı boykota ÇAĞIRDI

“İslam Respublikasında “seçki” adlanan proses ilk gündən sirkə bənzəyir”.

Viral.az xəbər verir ki, bunu İranın devrilmiş şahının mühacirətdəki oğlu Rza Pəhləvi iyunun 28-də bu ölkədə keçirilən növbədənkənar seçkiləri İtaliya mətbuatına şərh edərkən deyib.

“Beləliklə, bu “sirk”dən kimin adının çıxmasından asılı olmayaraq, o, sadəcə Xamüneinin əmr və göstərişlərini yerinə yetirəcək. Yəni ölkədə heç bir dəyişiklik olmadan eyni əvvəlki siyasət  yürüdüləcək.

Son Yazılar:

Mən əvvəldən bu saxta şounu boykot tərəfdarı olmuşam və həmyerlilərimə demişəm ki, rejim sizin səsinizdən istifadə edib dünyaya deyir: görün bizim seçkilərdə neçə nəfər iştirak edir.

Belə vəziyyətdə səs vermək rejimə legitimlik qazandırmaqdır”.

Rza Pəhləvi İran xalqını səsverməyə getməməyə çağırıb.

Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahının ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.

İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini “şah” adlandırır.

Pəhləvilər ailəsi hazırda İranda “arzuolunmaz ailə” statusunu daşıyır.