İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Rask rayonunda seçki qutularını daşıyan mikroavtobusa silahlı hücum nəticəsində 2 polis ölüb, 5 nəfər yaralanıb.
Viral.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
Məlumata görə, hadisə naməlum yaraqlılar tərəfindən törədilib.
Qeyd edək ki, ötən gün (28 iyun) İranda prezident seçkiləri keçirilib. Yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti saat 00:00-dək davam edib. Səsvermə bitdikdən sonra səslərin sayılmasına başlanıb.
İran prezident seçkilərində 4 namizəd – Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf – rəqabət aparır.