Moskvada “Enerji həftəsi-2024” proqramı çərçivəsində MDB ölkələri arasında Gənc Mühəndislərin Beynəlxalq Liqası yarışmasının final mərhələsi keçirilib. Altı ölkədən 11 komandanın iştirak etdiyi həlledici mərhələdə Azərbaycanı “Azərişıq” ASC-nin “GreenAz” və “Azerlight” komandaları təmsil edib.
“Azərişıq”dan Viral.az-a verilən məlumata görə, “GreenAz” komandası Gənc Mütəxəssislərin Beynəlxalq Liqasında “Külək parkında olan boş ərazilərin istifadəsi”, “Azerlight” komandası “Su elektrik stansiyalarına günəş panellərinin inteqrasiyası” mövzusu ilə çıxış ediblər. Komandalarımızın layihələri ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə beynəlxalq yarışda “GreenAz” üçüncü, “Azerlight” komandası isə 5-ci yerə layiq görülüb. Azərbaycan komandasının üzvləri və ekspertlər qrupu yarışda uğurlu iştirakına görə təşəkkür məktubu ilə mükafatlandırılıb.
Son Yazılar:
- Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik
- Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
- Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir – Canlı
Qeyd edək ki, müsabiqə MDB ölkələri arasında energetika sahəsində tədqiqat və təcrübə mübadiləsi, yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühim rol oynayıb.