Ukrayna üçün yeni yardım paketi – 2.3 milyard…

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.

 

Viral.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşündən sonra bildirib.

Son Yazılar:

 

Amerikalı nazirin sözlərinə görə, yeni paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri daxil olacaq.

 

ABŞ-ın Ukraynaya yardım paketi sonuncu dəfə iyunun 7-də ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra elan edilib. Bayden bildirib ki, 225 milyon dollarlıq paketə HIMARS sursatları, “Stinger” yer-hava raketləri və HAWK hava hücumundan müdafiə raketləri daxildir.

 

“Associated Press” agentliyi mənbələrə istinadən bildirir ki, ABŞın yeni hərbi yardım paketi iyunun 25-də açıqlanacaq. Məlumata görə, paketə HIMARS reaktiv yaylım atəş sistemi üçün mərmilər, 105 mm və 155 mm çaplı artilleriya mərmiləri, tank əleyhinə silahlar, atıcı silahlar və qumbaraatanlar daxil olacaq.