Nazirlik Elvira Rafiqqızını cəzalandırdı

Nərimanov rayonunda fəaliyyət göstərən özəl estetik klinikaların birində həkim işləyən Elvira Rafiqqızı Səhiyyə Nazirliyi tərəfindən cərimələnib.

Viral.az-ın Qaynarinfo.az-a istinsadən məlumatına görə, ona İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə cərimə yazılıb.

Bu maddə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqla bağlıdır. Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslərin 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 30 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Son Yazılar:

Elvira Rafiqqızı nazirliyin qərarından narazı qalıb. O, qərarla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.