Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş dövlət başçısı Donald Trampa çağırış edib.
Viral.az xəbər verir ki, Zelenski Trampdan sülh planını ictimaiyyətə açıqlamasını istəyib.
Ukrayna lideri ABŞ-ın keçmiş prezidentinin təkliflərini şəxsən dinləmək üçün onunla görüşməyə hazır olduğunu qeyd edib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Xatırladaq ki, “Politico” nəşrinin məlumatına görə, prezidentliyə namizəd D.Tramp NATO-nun daha şərqə doğru genişlənməyəcəyini nəzərdə tutan sazişi nəzərdən keçirir. Həmçinin Rusiya prezidenti Vladimir Putinlə “Moskvanın Ukrayna ərazisinin nə qədərini saxlaya biləcəyi” barədə danışıqlar aparır.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə əsas namizədlər Trampla hazırkı prezident Co Baydenin olacağı gözlənilir. Son sorğulara görə, Tramp Baydeni üstələhyir.