Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanıldı

İyul ayından başlayaraq Çinin Sian limanından Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb.

 

Azərbaycan Dəmir Yollarından Viral.az-a bildirilib ki, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir.

Son Yazılar:

 

Müvafiq razılaşmaya əsasən, blok qatarlar gündə bir dəfə olmaqla, Sian-Bakı marşrutu ilə yola salınacaq.