Ermənistan Respublikasının Rusiya Federasiyasında yeni səfiri tezliklə təyin olunacaq.
Viral.az xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan bu gün, iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə mətbuat konfransında bildirib.
“Ümid edirəm ki, yeni səfirimiz olacaq, namizədlik artıq təqdim olunub, təyinatı gözləyirik. Digər şərhlər üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq daha məqsədəuyğun olardı”, – Simonyan bildirib.
Son Yazılar:
- Bayden Ukrayna ilə bağlı yeni plan HAZIRLADI
- Ermənistanda hərbi hissədə hərbçi GÜLLƏLƏNDİ
- İsrail Hizbullahın 150-yə yaxın obyektini VURDU
Qeyd edək ki, Ermənistan Respublikasının Rusiya Federasiyasında yeni səfiri postuna hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyanın adı hallanır.