Gəncədə daha bir qanunsuz tikinti SÖKÜLDÜ

Gəncədə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində aparılan monitorinqlər davam edir.

 

İcra Hakimiyyətindən Viral.az-a verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən monitorinq zamanı daha bir qanunsuz tikinti aşkarlanıb.

Son Yazılar:

 

Belə ki, şəhərin F. Həsənov küçəsi ilə Ə.Nəzmi küçəsinin kəsişməsində aparılan tikinti işləri dərhal dayandırılaraq söküntüsü təmin edilib.

 

Qeyd edilib ki, bu kimi tədbirlər şəhər ərazisində mütəmadi olaraq keçiriləcəkdir.