Hindistanın Uttar Pradeş ştatının Hathras ərazisində bir neçə gün əvvəl “satsang” adı verilən toplu dua mərasimi keçirilib. Mərasim zamanı izdiham yaranıb və aralarında uşaqlarda olmaqla 121 nəfər həyatını itirib, çoxlu sayda adam isə yaralanıb.
Viral.az xəbər verir ki, “TRT Haber” bu hadisədən sonra yaxın tarixdə baş verən izdihamlarla bağlı məumatları bir araya toplayıb.
Hindistan
Son Yazılar:
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
- Premyer Liqada XIV tura bu gün start VERİLƏCƏK
2005-ci ilin yanvar ayında Maharaştra əyalətinin Satara ərazisində yerləşən Madhar Divi məbədində izdiham yaşanıb və 255-dən çox insan dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, hadisə məbəddəki sürüşkən zəmin səbəbilə meydana gəlib.
Bir başqa izdiham isə ölkənin şimalında yerləşən Himaçal Pradeş əyalətindəki Naina Divi məbədində 2008-ci ilin avqust tarixində baş verib. Faciə nəticəsində aralarında çox sayda uşaq və qadının olduğu 140 nəfər dünyasını dəyişib. Rəsmilər izdihamın sürüşmə olduğu barədə şayiələr nəticəsində çıxan qarışıqlıq nəticəsində başladığını bildirib.
Elə bu hadisədən sonra növbəti faciə Rajastan əyalətinin Jodhpur şəhərindəki Chamundgar Divi məbədində baş verib. Nəticədə 200-dən çox insan həyatını itirib, 425 nəfər isə yaralanıb. İzdihamın səbəbi ilə bağlı dəqiq məlumat verilməyib.
2013-cü ildə Madya Pradeş əyalətində dini ayinə toplaşan insanlar “Sindh” çayı üstündəki körpünün açmasından panikaya düşüb və faciə yaşanıb.Nəticədə 115 insan əzilərək çaya düşüb, boğulub.
Həcc zamanı yaşanan izdihamlar
Səudiyyə Ərəbistanında baş verən ən böyük faciələrdən biri 2 iyul 1990-cı ildə baş verib. Məkkəyə 5 kilometr məsafədə yerləşən Minadakı tuneldə çıxan izdihamda 1500-ə yaxın insan həyatını itirib.
24 sentyabr 2015-ci ildə şeytanı daşlamaq ayinin icrası zamanı meydana gələn izdihamda 750-dən artıq insan ölüb, yüzlərlə insan isə yaralanıb.
24 may 1994-cü ildə eyni səbəbdən 270 nəfər dünyasını dəyişib.
1 fevral 2004-cü ildə 251 nəfər və 12 yanvar 2006-cı ildə 364 nəfər şeytanı daşlamaq ayininin icrası zamanı dünyasını dəyişib.
Cənubi Koreyada “Halloween” izdihamı
Cənubi Koreyanın paytaxtı Seulun Itaevon rayonunda 29 oktyabr 2022-ci ildə təxminən 100 min insanın qatılacağı təxmin edilən “Halloween” şənliyi zamanı 4 metrlik zirzəmiyə xeyli insanın doluşması nəticəsində izdiham yaşanıb. İzdihamda 159 nəfər həyatını itirib, vəziyyəti ağır olanlar da daxil olmaqla, onlarla insan yaralanıb.
Sənada izdiham
Husilərin nəzarətində olan Səna şəhərində bir iş adamı tərəfindən nağd yardımın paylanması zamanı ibasabasda 75-dən çox adam ölüb, 150-dən çox insan yaralanıb.
Sözügedən yardım işinin ölkənin Daxili İşlər Nazirliyi ilə razılaşdırılmadan aparıldığı və bu səbəbdən iki iş adamının saxlanıldığı açıqlanıb.
İndoneziya
İndoneziya futbol liqasında mübarizə aparan “Persebaya Surabaya” və “Arema Malanq” komandaları 2022-ci il oktyabrın 1-də üz-üzə gəlib və matçdan sonra iki komandanın azarkeşləri arasında dava düşüb.
Davaya müdaxilə edən polisin istifadə etdiyi bibər qazından qorunmaq üçün yüzlərlə azarkeş çıxış qapısına qaçıb və buna görə də stadionda izdiham yaranıb.
İnsanların nəfəssiz qaldığı və sıxıldığı izdihamda 135 nəfər həyatını itirib.
Süleymaninin dəfn mərasimində…
İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında Kirman şəhərində keçirilən dəfn mərasimindəki izdihamda 56 nəfər ölüb, 213 nəfər yaralanıb.
Bildirilib ki, həyatını itirən 56 nəfərdən 35-i kişi, 21-i qadındır.