“Oskar” mükafatı laureatı prodüser Con Landau xərçəng xəstəliyindən vəfat edib.
Viral.az xəbər verir ki, bu barədə “Variety” nəşri yazıb.
63 yaşlı Landau rejissor Ceyms Kemeronla bütün dövrlərdə ən çox gəlir gətirən üç filmdə əməkdaşlıq edib – “Oskar” qazandığı “Titanik” (1997), “Avatar” (2009) və “Avatar: Suyun Yolu” (2022).
Son Yazılar:
- Elektrik təchizatı şəbəkəsinə qoşulmada mövcud vəziyyət və fəaliyyətin qiymətləndirilməsi
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
29 yaşında Con “20th Century Fox” kinoşirkətinin vitse-prezidenti olub və burada o, “Qüdrətli Rencerlər”, “Mogikanların sonu” və “Həqiqi yalan” kimi filmlərə rəhbərlik edib. Onun Ceyms Kemeronla uzunmüddətli əməkdaşlığı məhz buradan başlayıb.
“Con üzərində işlədiyi layihələrə misilsiz ehtiras gətirib və onun təsiri hələ illər boyu ilham verməyə davam edəcək”, – deyə “Üzüklərin hökmdarı” filminin rejissoru Piter Cekson bildirib.